Icma.az
close
up
RU
Lənkəranın icra başçısı haqda şok iddialar yayıldı Memar Qaraşovu həbsdən necə xilas edib?

Lənkəranın icra başçısı haqda şok iddialar yayıldı Memar Qaraşovu həbsdən necə xilas edib?

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Lənkəranın icra başçısının adı qalmaqallı cinayət işində çəkilib.

Onun adını çəkən isə işçisi, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri - baş memar işləmiş Elgün Abdullayev olub.

Hazırda həbsdə olan Elgün Abdullayev iki dəfə ayrı-ayrı cinayət əməlinə görə hakim qarşısına çıxarılıb. Sonuncu məhkəməsində məlum olub ki, Lənkəranda qanunsuz inşa edilən 7 mərtəbəli binanın tikintisinə görə qeyri-rəsmi icazəni icra başçısı Taleh Qaraşov verib. Bunu Elgün Abdullayev özü təsdiq edib. Lakin sonra necə olubsa, E.Abdullayev bu sözlərini inkar edib.

Musavat.com xəbər verir ki, 2022-ci ildə həbs edilən Elgün Abdullayev əvvəlcə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

O, vətəndaşlardan qanunsuz tikililərə şərait yaratmaqla rüşvət alma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirdi.

Elgün Abdullayev həbsdə olan zaman onun daha bir cinayət əməli üzə çıxıb. Həmin cinayətə görə başqa-başqa şəxslər də məsuliyyətə cəlb edilib, onlar arasında həbs edilənlər də var.

Əldə etdiyimiz məlumata görə, E.Abdullayev yaxın münasibətdə olduğu tanışı Hikmət Abbasova 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi üçün şərait yaradıb. Tikintinin aparılacağı torpaq sahəsi Hünər Hadızadə adlı iş adamına məxsus olub. Amma Hikmət Abbasov və Hünər Hadızadə qeyd edilən torpaq sahəsində razılaşdırıldığı kimi 3 mərtəbəli yox, 7 mərtəbəli bina inşa ediblər.

İstintaq belə qənaətə gəlib ki, Elgün Abdullayev əvvəlcədən inşa ediləcək binanın 3 yox, 7 mərtəbəli olacağını bilirmiş. Məqsəd də çoxmənzilli bina inşa etmək və həmin binanın yaşayış və qeyri-yaşayış sahələrinin satışından gəlir əldə etmək olub. Onlar layihəni şəhərsalmaya təqdim etməyərək qanunsuz olaraq tikintiyə başlayıblar. Tikinti davam edən ərəfədə müvafiq qurumların xəbərdarlığına baxmayaraq, işlərini davam etdirərək layihəni başa çatdırıblar.

Elgün Abdullayev

Elgün Abdullayev bu işdə özünü qismən təqsirli bilib. Deyib ki, Hikmət Abbasovdan inşa etmək istədikləri fərdi yaşayış evinin eskizini qəbul edib. Həmin eskizdəki çatışmazlıqlar aradan qaldırıldıqdan sonra təsdiq olunması üçün Şəhərsalma və Arxitektura Komitəsinə göndərməli imiş. Lakin rəyi poçt vasitəsilə şəhərsalmaya göndərməyib, Hikmət Abbasovun özünə verib:

“Bəzən şəhərsalmaya göndərilən layihələr poçtda itirdi. Həm də vaxt itkisi var idi, xahiş etdi, ona görə də sənədi ona verdim. Belə hallar sadəcə 1-2 dəfə təkrarlanıb”.

Səhvinin bundan ibarət olduğunu deyən Elgün Abdullayev bildirib ki, Hikmət Abbasova etibarlı adam kimi güvənib. Amma H.Abbasov layihəni şəhərsalmaya aparıb orada təsdiq etdirməyib və tikintiyə başlayıb. Ona da bu barədə məlumat verməyib.

Elgün Abdullayev qeyd edib ki, bu qanunsuzluğu görəndən sonra Hikmət Abbasovdan tikintinin dayandırılmasını tələb edib. Amma onun tələbinə əməl edən olmayıb.

İcra başçısı Taleh Qaraşovun adı işin bu hissəsində dövrəyə girib. Belə ki, tikinti aparan Hikmət Abbasov icra başçısıdan razılıq aldıqlarını deyib.

Taleh Qaraşov

“Hikmət dedi ki, ay Elgün, biz icra başçısı ilə işi həll etmişik, şəhərsalmadan da narahat olma. Amma mən şəhərsalma ilə əlaqə saxlayanda dedilər ki, belə bir layihə yoxdur. Mən də bu barədə icra başçısına məlumat verdim. İcra başçısı dedi ki, tikintiyə mane olmayın. Hikmətgilin şəhərsalma ilə məsələni həll edəcəklərini dedi”.

Elgün Abdullayev bu icazənin icra başçısı ilə razılaşdırıldığını desə də, sonradan fikrini dəyişib. Ona bu fikir dəyişikliyi ilə bağlı sual da verilib. E.Abdullayev həmçinin layihənin şəhərsalmaya yox, şəxsən Hikmət Abbasova verilməsini icra başçısının tapşırdığını deyib.

Bunu da sonradan inkar edib və belə bir icazə verib:

“Fikrimi düzgün ifadə etməmişəm. Başçı belə tapşırıq verməyib. Tikintiyə mane olmamağımla bağlı da heç nə söyləməyib”.

Elgün Abdullayevin burada ziddiyyətli ifadə verdiyi bir daha aşkar olub. O, icra başçısını məsuliyyətdən yayındırmağa çalışıb, həmçinin özünün də günahsız olduğunu deyib. Bildirib ki, tikintinin dayandırılması üçün icra başçısına məruzə edib. İcra başçısının birinci müavini tikintinin dayandırılması ilə bağlı rəsmi xəbərdarlıq edib. Bundan sonra FHN tərəfindən tikinti dayandırılıb. Amma sonradan tikinti yenidən davam etdirilib.

Buradan belə sual çıxır ki, Hikmət Abbasov və Hünər Hadızadə kim olub? Onlar kim olub ki, Elgün Abdullayevin, Şəhərsalma və Arxitektura Komitəsinin, icra başçısının birinci müavininin, Fövqəladə Hallar Nazirliyinin tikintini qadağan etməsi ilə bağlı rəsmi göstərişlərinə, qərarlarına əməl etməyib? Bütün xəbərdarlıqlara baxmayaraq, 7 mərtəbəli binanı tam inşa ediblər. Həm də bir neçə dəfə tikinti dayandırıldığı halda.

Düzdür, Hikmət Abbasov və Hünər Hadızadə də məsuliyyətə cəlb ediliblər. Amma onlara bu özbaşınalığı davam etdirməyə şərait yaradılıb.

Bu işdə diqqət çəkən əsas məqam isə bu qədər ağır bir cinayət işində icra başçısı Taleh Qaraşovun adının çəkilməsinə baxmayaraq, dindirilməməsidir. Çünki təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlinin törədilməsinə birbaşa göstərişi verən şəxsin məhz başçı Qaraşov olduğunu demişdi. Amma Qaraşov nə istintaqda, nə də məhkəmədə dindirilib.

Qeyd edək ki, E.Abdullayev bu cinayət əməlini törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Əvvəlki cəzası ilə qismən toplanmaqla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hikmət Abbasov və Hünər Hadızadənin cinayət əməlləri və icra başçısı ilə əlaqələri barədə növbəti yazıda ətraflı məlumat dərc edəcəyik.

İlkin Muradov
Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Yanvar 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri