Icma.az
close
up
RU
Başkənd Universiteti ilə Qarabağ Universitetindən möhtəşəm layihə VİDEO

Başkənd Universiteti ilə Qarabağ Universitetindən möhtəşəm layihə VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Başkənd Universiteti ilə Qarabağ Universiteti arasında qurulan akademik əməkdaşlıq çərçivəsində həyata keçirilən “Cəmiyyət üçün Elm – Beynəlxalq Sosial Töhfə Layihələri” proqramı daxilində “Tibb Bacılığı Təhsili və İnfrastrukturun İnkişafı Beynəlxalq Layihəsi”nin I mərhələsi uğurla başa çatıb.

Bakupost.az xəbər verir ki, hazırda Başkənd Universiteti Sosial Yardım Koordinasiya Ofisinin koordinasiyasında, hər iki universitetin Tibb və Sağlamlıq Elmləri fakültələrinin əməkdaşlığı və TİKA-nın dəstəyi ilə iki layihə həyata keçirilir. Layihələr səhiyyə təhsili potensialının artırılması, elmi bilik mübadiləsinin genişləndirilməsi və Türkiyə ilə Azərbaycan arasında səhiyyə, təhsil və elm sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

25 tibb bacısına beynəlxalq standartlarda təhsil

Layihə çərçivəsində Qarabağ Universitetinin Tibb və Səhiyyə fakültəsindən seçilmiş 25 tibb bacısı, 6-11 aprel 2026-cı il tarixlərində Başkənd Universiteti tərəfindən təşkil olunan onlayn nəzəri təlim proqramında iştirak edib. Proqram çərçivəsində qarşıya iştirakçıların peşəkar bilik və bacarıqlarının beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilməsi məqsədi qoyulub.

Təlimin ikinci mərhələsində isə 9 tibb bacısı və həkim, 11-18 aprel tarixlərində Başkənd Universiteti Ankara Xəstəxanasında klinik müşahidə proqramına qatılıb. İştirakçılar reanimasiya, əməliyyatxana, infeksiya nəzarəti, dializ, keyfiyyət prosesləri və mama-ginekologiya kimi müxtəlif sahələrdə praktiki müşahidə imkanı əldə ediblər.

Sertifikatlar Ankarada təqdim edildi

Təlim proqramını uğurla başa vuran iştirakçılar üçün 17 aprel 2026-cı il tarixində Başkənd Universiteti Ankara Xəstəxanasının Hasan Telatar konfrans zalında sertifikat təqdimetmə mərasimi keçirilib.

Açılış nitqində Başkənd Universitetinin Sosial Yardım Koordinatoru prof. dr. Suna Timur Ağıldere beynəlxalq akademik əməkdaşlıqların ictimai fayda yaratmadakı roluna diqqət çəkərək, bu tip layihələrin davamlı şəkildə genişlənməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən Başkənd Universitetinin Səhiyyə Müəssisələri Direktoru prof. dr. Ali Haberal universitetin səhiyyə xidmətləri və təhsil infrastrukturu barədə məlumat verərək, universitetin beynəlxalq səhiyyə təhsili sahəsində aparıcı mərkəzlərdən biri olmaq vizyonunu bölüşüb.

Mərasimdə həmçinin Qarabağ Universitetinin rektoru prof. dr. Şahin Bayramov, TİKA-nın sədr müavini Buğra Aydın və Başkənd Universitetinin rəhbər heyəti iştirak edib.

“Bir millət, iki dövlət” vurğusu

Tədbirdə çıxış edən Başkənd Universitetinin qurucusu prof. dr. Mehmet Haberal çıxışına Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürk və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevi ehtiramla yad edərək başlayıb, eyni zamanda Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipini xatırladıb:

“Bu dövləti quran Mustafa Kemal Atatürk və onun silahdaşlarını daim rəhmət və minnətdarlıqla yad etmək bizim vəzifəmiz olduğu kimi, eyni şəkildə Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevi də böyük ehtiramla, rəhmət və minnətdarlıqla anmaq da bizim vəzifəmizdir”.

Qarabağ Universitetinin rektoru prof. dr. Şahin Bayramov isə Başkənd Universitetinin onlara dəstək verən ilk ali təhsil müəssisələrindən biri olduğunu vurğulayaraq, əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Əməliyyatdan mərasimə

Proqram çərçivəsində Ankarada səfərdə olan prof. dr. Şahin Bayramov Başkənd Universiteti rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Səfər zamanı o, həmçinin kadavradan 8 yaşlı xəstəyə qaraciyər transplantasiyası əməliyyatı həyata keçirən prof. dr. Mehmet Haberalı əməliyyatxanada ziyarət edib.

Əməliyyatın müəyyən mərhələsini şəxsən icra etdikdən sonra prof. dr. Haberal prosesi peşəkar komandasına təhvil verərək əməliyyatxanadan ayrılıb və rəsmi proqram çərçivəsində keçirilən görüş və sertifikat təqdimetmə mərasimində iştirak edib.

İkinci mərhələ Azərbaycanda

Layihənin ikinci mərhələsi çərçivəsində 2026-cı ilin iyun ayında Başkənd Universitetindən ibarət ixtisaslaşmış heyət Azərbaycana səfər edəcək. Bu səfər çərçivəsində Qarabağ Universiteti nəzdində planlaşdırılan strukturlar üzrə texniki qiymətləndirmələr aparılacaq, yerində təlimlər keçiriləcək və universitetin ehtiyaclarına uyğun hesabat hazırlanacaqdır.

İki illik strateji əməkdaşlıq

Ümumi müddəti iki il olaraq planlaşdırılan layihə; səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması, ixtisaslı kadrların hazırlanması və regional səhiyyə infrastrukturunun gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Başkənd Universiteti başda Azərbaycan olmaqla, türk dünyası ilə səhiyyə və təhsil sahəsində beynəlxalq əməkdaşlıqları

genişləndirməyə davam edəcəyini bəyan edib.



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Aprel 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see339

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see337

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see333

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see273

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see268

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see265

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see263

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see259

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see258

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see244

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see213

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see208

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri