Onlar Qarabağ Universitetindən ayrıldı Yenilənib
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova işdən çıxıb.
“Qafqazinfo” “Manşet.az”a istinadən xəbər verir ki, o, öz istəyi ilə ərizə yazaraq vəzifəsindən gedib.
Onun başqa bir sahədə yüksək vəzifəyə təyin olunacağı bildirilir. Hələlik Nərgiz İsmayılovanın yerinə yeni təyinat yoxdur.
Qeyd edək ki, Qarabağ Universiteti Prezidentin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. N.İsmayılova isə bu vəzifəyə ötən ilin iyulunda təyinat almışdı.
***
“Teleqraf”ın məlumatına görə, Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva da öz ərizəsi ilə işdən azad olunub.
A.Quliyeva da universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən ötən ilin iyulunda sözügedən vəzifəyə təyinat almışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















