Icma.az
close
up
RU
Başladığınız yer sıfır deyil...

Başladığınız yer sıfır deyil...

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən ilin elə təxminən bu günləri idi. AFFA-nın prezidenti postuna yenicə seçilən Rövşən Nəcəf idman mətbuatının nümayəndələri ilə görüş keçirirdi.

Əvvəlcədən elan olunduğu kimi, görüş rəsmiyyətdən uzaq, səmimiyyətə yaxın formatda keçirilirdi. Jurnalistlər danışır, öz təkliflərini səsləndirirdi. Səslənən fikirlərlə bağlı cənab Nəcəf müəyyən qeydlər aparır, müzakirəyə açıq məqamlarda bu şəraiti yaradırdı. İlk fürsətdəcə mən də söz aldım və fikirlərimi AFFA prezidentinə çatdırdım. Sözümün canı o idi ki, jurnalistləri təkcə dinləmək və onlara gələcək əməkdaşlıqla bağlı vədlər vermək azdı, onların fikirlərinə önəm vermək, hətta qərar verərkən həmin fikirləri nəzərə almaq lazımdı. Rövşən Nəcəf də məni diqqətlə dinlədi, sonda da razılığını bildirdi.
Bu fikrə təsadüfən düşməmişdim. İdman mətbuatının sıralarında yetərincə təcrübəli, vicdanlı insanlar var. Onlar illərini bu sahəyə veriblər, sözün həqiqi mənasında Azərbaycan futbolunun problemlərini və onların həlli yollarını bilirlər. Həmin siyahıya özümü də tam qətiyyətimlə əlavə edirəm. Dəyərli oxucularımız şahiddi, 20 ilə yaxındı ki, futbolumuzun problemlərindən yazır, atılan yanlış addımları ifşa edir, bəzən də satiranın köməyi ilə bizim funksionerləri düz yola gətirməyə çalışıram. Nə yazıq ki, istəyimiz həyata keçmir. Bir növ mətbuatın dediklərini qulaqardına vururlar. Elə ona görə də nəinki problemlərimizi həll edə bilmirik, hətta yeni-yeni problemlərlə qarşılaşırıq. Əzilirik, iddialarımız azalır, sürətlə dünyanın futbol xəritəsində cırtdana çevrilirik.
AFFA-nın rəhbərliyi dəyişəndə hamı kimi mən də ümidlənmişdim. Ona görə də Rövşən Nəcəflə görüşə böyük ümidlərlə yollanmış, ondan idman mətbuatında yazılan tənqid və təkliflərə diqqətlə yanaşılmasını, qələm əhlinin sözlərinə önəm verilməsini rica etmişdim. Aradan bir il keçdi. Təəssüf ki, dəyişən heç nə olmadı. Həmin görüşdən cəmi bir neçə ay sonra AFFA milli komandamızı yenidən yaşlı əcnəbiyə, portuqaliyalı Fernandu Santuşa tapşırdı. Daha sonra Hakimlər Komitəsinə belçikalı Frank de Blekere sədr gətirildi. Bununla da yeni rəhbərlik köhnələrin yoluyla gedəcəyini göstərdi, əcnəbi sevdasından əl çəkilməyəcəyinə işarə vurdu. Necə ki, onlarla yanaşı, millinin həkimi də xaricdən gəlib, AFFA-nın nəzarətində olan telekanalın baş direktoru da. Sanki Azərbaycanda onların işini görə biləcək kadr yoxdu.
Sözsüz, bütün bu əcnəbilər yüksək məbləğdə məvacib alır, özü də xarici valyuta ilə. Ondan sonra da görürük ki, AFFA-nın illik xərcləri 30-40 milyon manatı aşıb. Sponsor gəlirlərini, neftdən gələn pulları qəpiyinəcən bu xərclərin arasında bölüşdürürlər. Sonra da deyirlər ki, uşaq futboluna ayırmağa, infrastrukturu yaxşılaşdırmağa, akademiyalar açmağa pulumuz yoxdu, bunu təkcə AFFA-nın puluyla etmək mümkün deyil. Ortada yetərincə ciddi məbləğ var, amma onu əcnəbilərə xərcləyirlər, uşaq futbolu üçünsə kənardan sponsorun, iş adamlarının gəlməsini gözləyirlər. Bu düşüncədə olduğumuz müddətdə Azərbaycan futbolu inkişaf etməyəcək.
AFFA prezidenti son Hesabat Konfransında yenidən mətbuatdan dəstək istəyib. Hansı dəstəkdən söhbət gedir? Siz mətbuatın tənqid və təkliflərini nəzərə almayıb, əvvəlkilər kimi işləyəcəksizsə, sizə necə kömək etmək olar? Davranışlarınız onlardan fərqlənmədikcə nəticələriniz də onlar kimi olacaq. AFFA-nın baş katibi Cahangir Fərəcullayev “yeni struktur inkişaf üçün vacibdi. Təəssüf ki, sıfırdan başlamalıyıq” deyib. Amma yanılır. Çünki biz sıfırdan başlaya bilmərik, sıfırda dayanmamışıq.
Biz illərimizi və milyonlarımızı itirmişik, xeyli mənfiyə düşmüşük. Sizdən də bu mənfidən qurtulmağımızı gözləyirik, cənablar!
AMAL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Aprel 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri