Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Mənfi sıfır

Mənfi sıfır

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Hikmət SABİROĞLU
Qıraqdan baxıb adama bəxtəvər deyərlər: filankəsdir bu!.. Nə bilsinlər bir qərinəni ötən jurnalist ömründə əli neçə yol havada qalıb...

1991-ci ildə tale ilk ünvana - “Azadlıq” qəzetinə aparanda heç asan olmadı özümə yer eləmək. Sərt müxalif tribunada hər axına qoşulmamaq problem yaradırdı. Yadımdadır: Xalq Cəbhəsinin qatı tənqidçisindən müsahibə almağıma qarşı çıxdılar, ən yumşaq irad bu oldu ki, onun öz qəzeti var, ağlına gələni yazır onsuz da.
Redaksiyada söz sahibi olan veteranlarla toqquşurdum, deyirdim qəzet hər kəs ona üz tuta biləndə qəzet olur.
Zaman ötdükcə mühit yumşaldı, “yadların” “Azadlıq”dan səsi tez-tez gəldi, kollektiv bir az yeniləndi, fikir tərəfdaşları çoxaldı...
Amma bu rahatlıq uzun sürmədi. 1993-cü ilin yazında kənardan yersiz müdaxilələr redaksiyada atmosferi pozdu. Məni “Azadlıq”a gəlməyə inandırmış tələbə yoldaşımı (o, redaksiyadakı yenilərin bir növ lideri idi) yerindən elədilər. Bu haqsızlıq qovğa yaratdı və bir neçə nəfərin, o cümlədən bəndənizin işdən getməsi ilə nəticələndi...
İl yarım əvvəl sıfırdan başlayıb yol qət eləmişdim, sanki çəkisizliyə düşdüm.
Bir müddət dövrün orijinal nəşri “Press-fakt”la əməkdaşlıq elədim, amma özümü tapa bilmədim orada...
1994-cü ilin yazında “Azadlıq”a dönməyimin sadə bir izahı var: azadlıq vədlərinə güvənib qayıtdım. Çətin qərar idi. Redaksiya yad olmasa da, ötən bir ildə xeyli dəyişmiş kollektivə uyuşmaq, yenə sıfırdan başlamaq lazım gəlirdi...
Hər kəm-kəsirə rəğmən o yeni dövrün azı üç ilini “Azadlıq”ın yaxşı vaxtı sayıram. Hər kəsimin güvəndiyi bir qəzet deyildimi?! Boğuşa-boğuşa nail olurdun buna.
Təəssüf ki, bu rahatlıq da sonda gəlib narahatlığa dirəndi. Dastan açmaq istəmirəm, bircə onu deyim ki, 1999-cu ilin avqustunda məzuniyyətə çıxanda hamı bilirdi qala bilmirəm daha, gedirəm, beş ildə heç bir sutka da redaksiyadan kənar olmamışdım...
Sıfırdan başladığım yeni ünvan “Avropa” qəzeti oldu. 2000-ci ildə onu yaratmağa girişəndə “Qəzetsiz qəzetçilərin qəzeti” reklam-şüarını mən təklif eləmişdim.
Nəşrinin yarımca ilində ölkənin beşinci qəzeti seçilən (dörd veteran qəzetin ardından), hamıya söz verən, amma heç kimin qəzeti olmayan “Avropa”nı cəmi il yarım yaşada bildik...
Daha il yarım keçdi, yenə sıfırdan başlayıb qəzeti yerdən götürdük, bu dəfə on aya da yetişə bilmədik, 2003-ün payızında sıfır nöqtəsinə dönəsi olduq...
2004-cü ildən maarifçi “III Sektor” jurnalının qulpundan yapışdım. Çox çəkmədi...
2007-ci ildən Mediaforum.az-da külüng çaldım. Sönüb getdi...
Yarım il tavana baxandan sonra - 2015-ci ilin yayında Transparency.az-da özəl bir səhifəyə sığındım, o da dayandı...
2016-cı ildən lövbər saldığım Novator.az da indilərdə uçub getdi. 10 illik arxivi ilə birgə dağıdıldı. Əməyimiz yenə puç oldu...
Daha sıfır da yox, mənfi sıfır var...
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://reyting.az
archiveBu xəbər 21 Noyabr 2025 00:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri