Başlamaq işin yarısıdı, Mahir! addım addım 1 ci bundesliqaya...
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Nəhayət, ötən həftənin bazar günü Mahir Emrelinin yaşıl meydan həsrəti başa çatdı. “Kayzerslautern”in şərəfini qoruyan futbolçu 2-ci bundesliqanın 23-cü turunda “Proyssen”lə matçda forma geydi. Düzdü, 28 yaşlı hücumçu bu görüşdə yalnız son anlarda - 88-ci dəqiqədə şans qazandı, yəni cəmi 2 dəqiqə oynadı.
Xoşbəxtlikdən “qırmızı iblislər” səfər qarşılaşmasından qalib ayrıldı - 3:2. Hazırda 37 xalla 6-cı pillədə qərarlaşan “Kayzerslautern” 2-ci sıradakı “Darmştadt”dan (mövsümü ilk iki yerdə bitirənlər birbaşa elitaya vəsiqə qazanır) 8 xal geridədi. "Futbol ili"nin 34 turu əhatə etdiyini nəzərə alsaq, “Kayzerslautern”in 1-ci bundesliqaya yüksəlmək şansı hələ tükənməyib.
Mahirin də bu mənada məsuliyyət daşıdığını etiraf etməliyik. Azı ona görə ki, "qırmızı iblislər"in əsas hücumçusu İvan Prtayin üçün mövsüm bitib. Bu məqam xorvatiyalı futbolçu üçün üzücü olsa da , Mahirin yolunda “yaşıl işığın yanması” deməkdi. Deməli, həmvətənimiz özünü məşqlərdə yaxşı göstərməyə davam etməli, növbəti oyunda start heyətində meydana çıxmağın yollarını aramalıdı.
Növbəti oyun demişkən, “Kayzerslautern” fevralın 28-də 4-cü pillədə olan “Paderborn”u qəbul edəcək. Bu rəqib üzərində qələbə “qırmızı iblisləri”n ilk “üçlüy”ə yaxınlaşması üçün vacibdi. O başqa məsələ ki, lazım olan qollara Mahir imza atsa, ikiqat sevinc yaşayarıq.
Mahir, başlamısan və bu işin yarısı deməkdi. İndi növbə qollarındı. Bizi çox gözlətmə!
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 26 Fevral 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















