Icma.az
close
up
RU
Başlanğıc nöqtəsi və ya növbəti mərhələ? Sülh gündəminin Əbu Dabi epizodu ŞƏRH

Başlanğıc nöqtəsi və ya növbəti mərhələ? Sülh gündəminin Əbu Dabi epizodu ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 iyul, AZƏRTAC

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüş Cənubi Qafqazın taleyində yeni səhifə ola bilər. Hər iki liderin neytral platformada üz-üzə gəlməsi dialoq qapılarının açıq qalmasına siyasi iradənin ifadəsi kimi qiymətləndirilə bilər. Görüşün keçirilmiş formatı – tərəflərin təmasda olması və məsələlərin birbaşa müzakirəsi – prosesin davamlılığına olan ümidləri artırır. Sülh diplomatiyası məhz bu cür diplomatik əlaqələr və müzakirə masaları üzərində qurulur.

Bu fikri politoloq Tural İsmayılov AZƏRTAC-a Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi bu görüşdə mövqeyini aydın və prinsipial şəkildə ortaya qoyub: regionda uzunmüddətli sülh yalnız beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında mümkün ola bilər” “Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirilən sülh təşəbbüsləri həm regional sabitliyə, həm də iqtisadi əməkdaşlığa zəmin yaradır. Ermənistan tərəfinin isə bu dəfə daha konstruktiv və qismən praqmatik mövqe sərgiləməsi müşahidə olundu. Bu, Paşinyan hökumətinin beynəlxalq təzyiqlərlə yanaşı, regionda dəyişən reallıqları qəbul etməyə meylli olduğuna işarədir”.

Görüşün, eyni zamanda, geosiyasi tərəzidə Azərbaycanın üstün diplomatik mövqeyini nümayiş etdirdiyini vurğulayan politoloq, həm Rusiya, həm Qərb, həm də regional oyunçuların Bakı ilə yaxın əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. “Bu isə danışıqlar prosesində Azərbaycanın əlini gücləndirən əsas faktorlardandır. Ermənistan üçün alternativin nə qədər zəif və riskli olduğunu Paşinyan hökuməti artıq anlayır. Azərbaycanın hərbi və siyasi resursları fonunda Ermənistan üçün sülh masasına oturmaq təkcə məcburiyyət yox, həm də rasional çıxış yoludur”, - deyə T.İsmayılov əlavə edib.

Azərbaycan tərəfinin gələcək addımları sülh gündəliyinin davamlılığını təmin etmək üçün sistemli olacaq. İlk növbədə sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətləndirilməlidir. Bakı bu istiqamətdə dəfələrlə konkret xəritələr və təkliflərlə çıxış edib. Bundan əlavə, regionda kommunikasiya xətlərinin açılması və iqtisadi inteqrasiya planları real layihələrlə dəstəklənməlidir. Azərbaycan Zəngəzur dəhlizinin açılmasında israrlı olmaqla yanaşı, bu marşrutun beynəlxalq təhlükəsizlik və nəqliyyat layihələrinin bir parçası kimi qəbul edilməsinə çalışır.

Ekspert bildirib ki, Azərbaycan üçün sülh sadəcə hərbi toqquşmanın dayandırılması deyil, həm də dayanıqlı əməkdaşlıq mühitinin yaradılmasıdır. “Məhz bu səbəbdən Bakı postmünaqişə dövrünün əsas siyasi memarı kimi çıxış edir. Ermənistandakı revanşist çağırışlara və qaragüruhçu ritorikaya baxmayaraq, Azərbaycan öz strateji kursundan dönmür. Əksinə, bu kurs sülh və inkişaf ideyasını möhkəmləndirən əsas xətt kimi qorunub saxlanılır. Prezident İlham Əliyevin hər çıxışı, hər görüşdə səsləndirdiyi açıq və təmkinli fikirlər bunu sübut edir.

Əbu-Dabi görüşü həm də beynəlxalq vasitəçilərə mesaj idi: Bakı regional məsələlərin həllində xarici diktəyə deyil, regional əməkdaşlığa üstünlük verir. Bu isə regionun gələcəyini xarici güclərin maraqlarından daha çox yerli aktorların məsuliyyət hissi və iradəsi ilə formalaşdırmaq prinsipinə söykənir. Azərbaycan diplomatiyası öz daxili konsolidasiya potensialı, iqtisadi resursları və sabitliyi ilə bu missiyanı üzərinə götürməyə hazır olduğunu dəfələrlə sübut edib”, - deyə politoloq bildirib.

Azərbaycanın sülh çağırışlarını beynəlxalq media, think-tank-lər və diplomatik dairələrdə ardıcıl şəkildə izah etməsi strateji əhəmiyyət daşıdığını deyən Tural İsmayılov paralel olaraq, Qarabağ və ətraf rayonlarda bərpa prosesinin sürətləndirilməsi, bölgənin yeni reallıqlar fonunda inkişaf etdirilməsi həm daxili, həm də xarici auditoriyaya ciddi mesaj verdiyini qeyd edib: “Ermənistan tərəfi əgər özünün uzunmüddətli maraqlarını düşünürsə bu çağırışlara qarşı çıxmaq əvəzinə, onları fürsətə çevirməlidir. Sülh müqaviləsinin imzalanması üçün konkret tarix olmasa da prosesin ritmi dəyişib və bu ritmin təşəbbüskarları Azərbaycandır. Əgər Ermənistan növbəti dəfə manipulyativ mövqe seçərsə bu, yalnız özünə qarşı təcridi dərinləşdirəcək. Regionda əməkdaşlıqdan kənarda qalmaq Ermənistanın iqtisadi, sosial və siyasi baxımdan daha da zəifləməsi demək olacaq”.

Politoloq Azərbaycanın bundan sonra da beynəlxalq hüquq və tarixi ədalət prinsiplərinə əsaslanan mövqeyini davam etdirəcəyini bildirib. “Bütün dövlətlərin sərhədlərinin toxunulmazlığı və suverenliyi prinsiplərinə hörmət etmək gələcəkdə istənilən toqquşmaların qarşısını almaq üçün əsas şərtdir. Bu baxımdan Azərbaycan tərəfi üçün prioritet – sabitlik, təhlükəsizlik və davamlı tərəfdaşlıqdır.

Onu da qeyd etmək istəyirəm ki, bu görüş hələ nəticə deyil, bir fürsətdir. Fürsəti nəticəyə çevirmək üçün isə siyasi yetkinlik, diplomatik çeviklik və strateji səbir tələb olunur. Bakı bu xüsusiyyətlərə sahib olduğunu sübut edib. İndi növbə Ermənistan tərəfindədir. Yaxın gələcəkdə veriləcək qərarlar regionun növbəti onilliklərini müəyyənləşdirəcək. Bu isə artıq sülh prosesinin tarixə hansı adla düşəcəyini müəyyən edəcək: “İtirilmiş fürsət”mi, yoxsa “möhkəmlənən sülh”mü? Cavab qarşı tərəfin iradəsindən asılı olacaq”, - deyə Tural İsmayılov fikirlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri