Icma.az
close
up
RU
Əbu Dabi görüşü sülhün qapılarını açır ŞƏRH

Əbu Dabi görüşü sülhün qapılarını açır ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək


Qulamhüseyn Əlibəyli: "Hər iki ölkə arasında vasitəçilərsiz birbaşa müzakirələrin olmasını istəməyən qüvvələr bu görüşün əhəmiyyətini azaltmağa çalışırlar"



İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş verən hadisə Cənubi Qafqaz tarixində yeni bir səhifənin başlanğıcını qoydu. Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən beş saatlıq görüş çoxlarının mümkünsüz saydığı sülhün əlçatan olduğunu nümayiş etdirdi. Mühüm razılaşmalardan biri sərhədlərin delimitasiyası məsələsi ilə bağlı oldu. 

Liderlər bu istiqamətdə əldə olunan irəliləyişləri yüksək qiymətləndirərək müvafiq dövlət qurumlarına əməli tədbirlərin davam etdirilməsi üçün göstəriş veriblər. Zəngəzur dəhlizi də müzakirələrin mərkəzində dayanan əsas məsələlərdən biri oldu. Artıq məlumdur ki, bu layihə yalnız regional deyil, qlobal maraq dairəsindədir. Moskva, Tehran, Brüssel və Vaşinqtonun maraq dairəsində olan bu yol, əslində, yeni iqtisadi və siyasi düzənin əsas arteriyası ola bilər. Ermənistan öz suverenliyi və yurisdiksiyası çərçivəsində qərarlar qəbul etməkdə israrlıdır. Bu isə göstərir ki, dəhliz məsələsi yalnız infrastruktura deyil, siyasi iradəyə və beynəlxalq münasibətlərə dair ölçü daşıyır. Azərbaycanın mövqeyi birmənalıdır: bu dəhliz açılmalıdır. Lakin Rusiya, İran və digər aktorların mövqeləri hələ tam aydın deyil. Amerika Birləşmiş Ştatlarının dəhlizə nəzarət ehtimalı və beynəlxalq aktorların bu məsələdəki rolu isə danışıqlara yeni çalarlar gətirir. Sülh müqaviləsinin 17 maddəsindən 15-nin razılaşdırılması prosesin nə qədər yetkin mərhələyə çatdığını sübut edir. Əsasən qarşılıqlı iddialardan imtina, sərhəddə xarici qüvvələrin yerləşdirilməməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in funksiyasını itirmiş Minsk qrupunun ləğvi kimi məsələlər ön plandadır. Ən aktual məsələlərdən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Ermənistan hələ də sənədlərində Azərbaycana qarşı ərazi iddialarına yer verir. Bunun dəyişməsi üçün referendumun keçirilməsi və ərazi bütövlüyünə dair açıq öhdəlik verilməsi vacibdir. Digər əsas məsələ isə ATƏT-in faktiki fəaliyyətsiz Minsk qrupunun ləğvidir. Azərbaycan həmin qurumu tarixin arxivinə göndərməyi təklif edir. Ölkəmiz danışıqlarda dəqiq, prinsipial və nəticəyönümlü yanaşma nümayiş etdirərək sülhə sadiqliyini növbəti dəfə ortaya qoydu. 


Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan liderlərinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi görüşünün əhəmiyyəti böyükdür. Ekspert vurğulayıb ki, görüşdə konkret sənəd imzalanmasa da, hər iki ölkə rəhbərlərinin belə geniş tərkibdə ilk görüşü idi:

 "Nümayəndə heyətinin tərkibi görüşdə müzakirə edilməsi ehtimal olunan məsələlərin dairəsinin kifayət qədər geniş olduğunu deməyə əsas verir. Görüşün vasitəçilərsiz keçirilməsi o deməkdir ki, Azərbaycan və Ermənistan kənar iştirakçılar olmadan üzbəüz oturub öz məsələlərini, hər iki ölkə arasındakı münasibətlərdəki problemləri sərbəst müzakirə edə bilərlər. Tərəflər arasında psixoloji və digər problemlər yoxdur. Ümumiyyətlə, vasitəçili görüşlərin və müzakirələrin öz riskləri var. Vasitəçi həmişə çalışır ki, öz maraqlarını təmin etsin və buna görə də əksər hallarda vasitəçilikdən daha çox pozuculuqla məşğul olur. Biz bunun uzun müddət şahidi olmuşuq. Bədnam Minsk qrupunu xatırlamaq kifayətdir. Azərbaycan və Ermənistan arasında vasitəçilərsiz birbaşa ikitərəfli görüşlərin və müzakirələrin keçirilməsi ideyası Azərbaycan Prezidenti cənab İlham Əliyevə məxsusdur və indiyə qədər bir neçə belə görüş keçirilib. Ona görə də hər iki ölkə arasında vasitəçilərsiz birbaşa müzakirələrin olmasını istəməyən qüvvələr bu görüşün əhəmiyyətini azaltmağa çalışırlar". 

Siyasi şərhçi əlavə edib ki, Rusiya əvvəllər Azərbaycan və Ermənistan arasında vasitəçilik edib və nəticəsiz müəyyən görüşlər təşkil edib: "Son dövrlərdə də dəfələrlə müzakirələrdə vasitəçilik iddialarını ortaya qoyub. Ona görə də Rusiyanın hakim dairələrinin vasitəçi olmadan keçirilən müzakirələrin əhəmiyyətini azaltmağa çalışmalarını tamamilə başa düşmək olar. Rusiya  Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasına Cənubi Qafqazda əvvəlki hakim mövqeyini yenidən möhkəmləndirmək yollarından biri kimi baxır və onun iştirakı olmadan keçirilən görüşlərin və müzakirələrin təşkilində kənar izlər axtarır. Bir növ öz pərtliyini və ambisiyalarının həyata keçməməsini bu yolla kompensasiya etməyə çalışır. Erməni şovinistləri və revanşistləri də daha çox Rusiyanın təsiri altında olduqları ABŞ-nin guya pərdəarxası rolunu ön plana çıxarmağa çalışırlar".


Q.Əlibəyli ABŞ dövlət katibi Rubionun Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə bağlı optimist fikirlərini də şərh edib: 

"Görüşün keçiriləcəyi məlum olandan sonra, ABŞ-nin öz maraqları naminə bundan istifadə etmək istəyi göz qabağındadır. Axı Tramp Amerikanı böyük etmək istəyən sülhpərvər prezident kimi tarixdə qalmaq və Nobel sülh mükafatı almaq istəyir. Bir neçə gün bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla cənab İlham Əliyevin və Paşinyanın ayrı-ayrılıqda görüşlərinin və müzakirələrinin keçirilməsinin xatırlanması bir çox mətləblərə aydınlıq gətirilməsinə ipucu verə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyul 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri