Icma.az
close
up
RU
Başlanğıcdakı məğlubiyyətin bizə çox faydası olacaq Qurban Qurbanov

Başlanğıcdakı məğlubiyyətin bizə çox faydası olacaq Qurban Qurbanov

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Sumqayıt"" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalisitlərin suallarını cavablandırıb:

"Rəqibi təbrik edirəm. İki oyuna altı xal toplayıblar, çox yaxşı başlanğıcdır. Özümüzə gəldikdə, çox da deyəcək söz yoxdur. Futbolçularımı anlayıram. Oyundan da hiss olunur ki, oynamayanlar oyuna çıxsa da, hələ yorğunçuluq var idi, motivasiya qaydasında deyildi. Amma başlanğıcdakı məğlubiyyətin bizə çox faydası olacaq. Qarşıda bizi bundan da çox sıx qrafik gözləyəcək. Bu məğlubiyyətin faydası olacaq. Futbolçular da bunu anlayacaqlar. Uğurlardan sonra belə oyunlar bizim faydamıza olur. Uğur əldə edəndə, istər-istəməz insanda, komandada bir az loru dildə desək, burun yuxarı qalxır. Oyundur. Bu gün üç xal rəqibin haqqı idi. Heç nədən qapımızda qol gördük. İmkanlarımız var idi. Top qapıdan keçməli idi, keçmədi. Həm bizim məşqçilər, həm də futbolçular, həm də klub üçün yaxşı başlanğıc oldu".

- Nərimanı risk etmədiz?

- Bəli, zədəsi var idi. Hələ də ayağında gərginlik var idi. Geridə qalan 2-3 gündə müalicə olunub. Məşqdə də iştirak etməyib.

- Juninyonun icarəyə götürülməsi həqiqətdir?

- Xeyr. Elə məlumat yoxdur. Danışıq da olmayıb. Ola bilər ki, orada oynamır deyə,  burada fikirlər yaranıb.

- Düşünmürsüz ki, "Qarabağ" meydana ikinci heyətlə çıxdığı üçün uduzdu?

- Məğlub olduqsa, olduq. Dəfələrlə olub ki, meydana fərqli heyətlə çıxmışıq, uduzmuşuq. Bəlkə əsas hyeyətlə meydana çıxsaydıq, uduzardıq. İki gün əvvəl oynamışıq. Yol yorğunçuluğu var idi. 

- Hazırda heyətdə 15 legioner var. Növbəti legionerlər üçün 200 min manat lazım olacaq...Növbəti legionerlər olacaq?

- Çalışırıq ki, olsun. 200 min manata görə, nə edək? Başqa çıxış yolumuz yoxdur. Lazımdırsa, işimizi keyfiyyətli etmək istəyiriksə, bu addımlara gedəcəyik.

- "Qarabağ"ın qol buraxdığı epizodda Şahruddinin səhvi var idi. Abbas da ona etiraz etdi....

- Bir az kuryoz qol alındı. Tam görmədim. Abbas öz işi ilə məşğul olsa, yaxşıdır. Başı ilə çıxarası deyil ki. Hərə öz işi ilə məşğul olsa, işi düzgün yetirmək hamının borcudur.

- Son 3 mövsümün ilk turunda 0:1 uduzursuz. Təsadüfdür, yoxsa köklənməmisiz Premyer Liqaya?

- Yadıma düşdü. Amma bu, ikinci tur idi(gülür). Digər komandalar Avropadan gəlirik deyə, motivasiyamız aşağı idi. Ən vacibi yorğunçuluq idi. Bu gün yox, sabah da oynaya bilərdik. Oynamayan futbolçu öz idman formalarını itirirlər. Heç fikirləşməmişdim ki, 3 ildir belə hesabla uduzuruq. Əsas odur sonu yaxşı olsun.

- "Ferentsvaroş"la oyununuz var. Onların futbolçularının və məşqçilərinin qıcıqlandırıcı açıqlamaları var. Bu da əlavə sitmul ola bilər sizə?

- Onların fikri normaldır. Məğlub olduqdan sonra qarşıdakı oyuna motivasiya etmək üçün taktiki gedişdir. Amma biz onları düşünərək, oyuna hazırlaşası olsaq, öz oyunumuzu itirərik. Biz bütün oyunlara ciddi və səbirlə, təmkinlə hazırlaşmalıyıq. Futbolda olmayan nəticə yoxdur. Bütün turnirlərdə belə nəticə var. Kənar fikirlərə görə oyunlara hazırlaşsaq, çox gedə bilmərik, yarı yolda qalarıq. Bunu normal qəbul edirəm. Məşqçidir, futbolçuları oyuna hazırlaşdırmalıyıq. Bu işin içində olduğumuz üçün bunu normal qəbul edib, hazırlaşacağıq.

- "Ferentsvaroş"u keçsəz, ÇL-ə düşsəz, hansı stadionda oynaycaqsız?

- Bu oyun haqda düşünək. Vacib oyundur. Məndən başqa hamı sanki bu oyunu keçmiş kimi görünür. Bir tərəfdən sevindirici haldır. Həm inamdan, həm də güvəndən irəli gəlir. Həm də bizə mane olan fikirlərdir. Biz də ona qoşulsaq, o fikirlərdə olsaq....Qarşımızdakı rəqib "Ferentsvaroş"dur. Heç nədən qol vurmağı bacaran kollektivimiz var. Futbol elədir ki, 1-2 qol ciddi göstərici deyil. Çalışacağıq ki, səhvsiz oynayaq.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://sportal.az
archiveBu xəbər 22 Avqust 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see295

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see234

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see195

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see189

Epşteyn işinə görə ABŞ Konqresində ifadə verməlidir

23 Noyabr 2025 13:07see178

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see149

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see147

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see144

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see141

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see134

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see132

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see131

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see129

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see128

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see127

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see126

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see126

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see126

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see126

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri