Icma.az
close
up
RU
“Çox narahatam” Qurban Qurbanov

“Çox narahatam” Qurban Qurbanov

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bu gün Misli Premyer Liqasının XVIII turu çərçivəsində “Qarabağ” doğma meydanda “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

“Vacib bir qələbə qazandıq. Möhkəm bir komandaya qarşı oynayırdıq. Oyunçularım xarakter göstərdilər. Belə qarşılaşmalarda oyunu ələ almaq elə də asan deyil. Hər bir pauza, hər bir cərimə zərbəsi rəqibin üstülüyü demək idi. Hər bir halda futbolçularım qalib gəlmək üçün əllərindən gələni etdilər”.

- Adətən Avropadakı səfər matçlarından sonra Premyer Liqada 2-ci heyətlə meydana çıxırsız. Lakin bu matçda bunu görməməyimiz çempionluq yarışındakı ciddi rəqabətin olduğu anlamına gəlirmi?

- Bəli, bu hallar çox olur. Baxmayaraq ki, Liverpuldan 6 saatlıq yol gəlmişdik. Yorğunluq var idi. Mənim qorxum bu qrafikdə zədə ilə bağlı idi. Şükürlər olsun ki, zədə baş vermədi. Əvvəllər də səfər matçlarından sonra əsas heyətlə oynamışıq.

 - Beynəlxalq matçlardakı təcrübənizə əsaslanaraq bizim hakimlərə nə kimi tövsiyə edə bilərsiniz?

- Onlara tövsiyə etməyə ehtiyac yoxdur. Mən ancaq onlara uğurlar arzu edə bilərəm. Oyun çox dayanırdı. Elçin Məsiyev oyunlarda olanda adətən mən daha çox rahat oluram. Avropa təcrübəsi çox olduğuna görə bu hiss məndə olur. Matç zamanı müəyyən emosiyalara qapılıb öz etirazımı sərt bildirdim. İlk hissədən sonra onunla söhbət etdim və etirazımın nə ilə bağlı olduğunu dilə gətirdim. Normal qarşıladı. Oyun tez-tez dayananda futbolçuların da ritmi pozulur. Amma onlar daha yaxşı bilirlər.

- İbrahima Vadji ilə bağlı qırmızı epizodu və qoldakı ofsayd şübhəsi ilə bağlı düşüncələriniz?

- Mən istəmirəm ki, sadə epizodlarda qırmızı vərəqə olsun. Həmin epizodda qırmızı vərəqə verilməməsini doğru hesab edirəm. Qoldakı ofsayd şübhəsi ilə bağlı onu deyə bilərəm ki, biz öz kameramızdan baxdıq və doğru qərar verildiyini düşünürəm.

- Çempionlar Liqasındakı uğurunuzla bağlı müəyyən klublar təbrik paylaşımı etmədilər. Bu sizi üzmür ki?

- İnanın ki, daha dərindən maraqlanmamışam kim təbrik edib, kim yox. Amma dünya praktikasında bu cür hallar var. Yəni rəqabət olan yerdə bunu normal qarşılayıram.

- “Sabah”ın bu cür yüksəlişi sizi çempionluq yarışında həyacanlandırırmı?

 - “Sabah”ın yüksəlişi təbii ki, bizi bir komanda olaraq narahat edir. Amma digər tərəfdən də sevindirir ki, bu rəqabət bizi də irəliyə doğru aparır.

- “Nyukasl”la matçdan əvvəl “Şamaxı” və “İmişli” ilə səfər qarşılaşmalarınız var. Bu stadionlarda oynamaq zədələnmə riski ilə əlaqədar sizi narahat edirmi?

- Çox narahatam. “Nyukasl”la matçdan əvvəl 2 Şamaxı səfərimiz var, biri kubokda biri çempionatda. “İmişli” ilə matçda da Qubadakı meydançanın vəziyyəti bizi narahat edir. Müəyyən rotasiyalar olacaq, amma müəyyən futbolçuların oyun təcrübəsinə ehtiyac var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Fevral 2026 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri