Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

“Başlıbel: yaranışdan işğaladək” adlı kitabı təqdim olundu

“Başlıbel: yaranışdan işğaladək” adlı kitabı təqdim olundu

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

İyulun 14-də Azərbaycan Mətbuat Şurasında araşdırmaçı jurnalist Elxan Salahovun yeni çapdan çıxmış “Başlıbel: yaranışdan işğaladək” adlı kitabının təqdimatı keçirilib. Musavat.com xəbər verir ki, Mətbuat Şurasının təşkil etdiyi tədbirdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, deputatlar, tanınmış media orqanlarının rəhbərləri, jurnalistlər iştirak edib.

Kitabda Kəlbəcər rayonunun ən böyük kəndlərindən olan Başlıbelin tarixi, adət-ənənələri, kənd sakinlərinin Böyük Vətən müharibəsində iştirakı, Başlıbeldə kolxoz quruculuğu, təhsil mühitinin formalaşması, tibbi xidmətlər, Kəlbəcər rayonunun inkişafında xidmətləri olan başlıbellilər, elm, təhsil, tibb, mühəndis peşəsi kimi istiqamətlərdə ixtisaslaşan başlıbellilər, kəndin tanınmış alimləri, zəngin toy adətləri, kəndlə bağlı toponimlər və s. arxiv materialları, yaşlı insanların xatirələri əsasında əksini tapıb. Kitabın vacib əlamətlərindən biri də rayona rəhbərlik etmiş şəxslərin, rayonun tanınmış ziyalılarının Başlıbel kəndi haqqında, başlıbellilər haqqında səmimi fikirlərinə yer verilməsidir.

Kitabda diqqəti çəkən əsas məqamlardan biri də odur ki, 3660 metr yüksəklikdə Dəlidağın ətəyində yerləşən bu kənd də repressiya zərbələrinə tuş olub, insanlar yurdlarını tərk edərək müxtəlif yerlərə getməyə məcbur olublar. Kitabda da göstərildiyi kimi, bu gün Bərdənin, Ağdamın müxtəlif kənd qəbiristanlıqlarında onlarla başlıbelli uyuyur...

Kitab uzunmüddətli və genişmiqyaslı bir zəhmətin nəticəsi kimi, heç bir bədii yanaşma olmadan, heç bir rəng vermədən, arxiv sənədləri, xatirələr əsasında ərsəyə gəlmiş zəngin bir mənbədir.

400 ildən artıq yaşı olan Başlıbelin tarixini, ənənələrini tanıdan, onu oxucuya, müvafiq qurumlara təfsilatı ilə təqdim edə bilən bir kitab və onun müəllifi haqqında çıxışçılar xoş sözlər ifadə ediblər.

Başlıbel kəndinin tarixini, ənənələrini belə sistemli və nəfis şəkildə, arxiv məlumatlarına istinadla bir kitabda cəmləşdirməyin yaradıcılıq tələb etdiyi, fiziki zəhmət olduğu vurğulanıb.

Qeyd olunub ki, “Başlıbel: yaranışdan işğaladək” kitabı dağların qoynunda yerləşən, gül-çiçəkli yaylaqları, buz bulaqları, min bir dərdin dərmanı olan bitkiləri, dəyərli ağsaqqalları, çoxsaylı ziyalıları, qonaqpərvərliyi ilə sayılıb-seçilən və həm də erməni vandalizminin “nişanəsi” olan kütləvi məzarlıq yarasını da qəlbində “bəsləyən” Başlıbel kəndini yaxından tanımaq istəyən hər kəs üçün zəngin və dəyərli bir mənbədir.

Onu da qeyd edək ki, Elxan Salahov Başlıbelin işğal tarixinə dair "Qanlı kaha" kitabının müəllifi, bu kitab əsasında çəkilmiş "Başlıbel: mühasirə gündəliyi" adlı 4 seriyalı sənədli filmin ssenari müəllifi, işğal dövründə ermənilərin törətdiyi vəhşilikləri özündə əks etdirən "Tanrı yoxuşu" kitabının müəllifidir. "Başlıbel: yaranışdan işğaladək" kitabı müəllifin Başlıbellə bağlı üçüncü kitabıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 İyul 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri