Icma.az
close
up
RU
Natəvan Dəmirçioğlu: Başlıbel qətliamı kitabı həm də ZƏFƏR TARİXİMİZİN AYNASIDIR

Natəvan Dəmirçioğlu: Başlıbel qətliamı kitabı həm də ZƏFƏR TARİXİMİZİN AYNASIDIR

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Yüksəklikdə yaşayanların alçaqlıqlarla və alçaqlarla işi olmaz. Fəqət, 1993-cü ildə erməni alçaqlığına məruz qaldı. Bu hal daimi ola bilməzdi və olmadı. Xalqımızın o ucalıqlara qovuşması üçün dövlətin düzgün strategiyası, taktikası, diplomatiyası, peşəkar ordu quruculuğu, xalq mütəşəkkilliyi lazım idi. Prezident, Ali Baş Komandan, cənab İlham Əıiyevin liderliyi ilə bu tandem yarandı və biz Zəfər çaldıq. Arif Süleymanovun "Başlıbel qətliamı" kitabı faciəvi qanlı hadisələrlə bərabər, Zəfər tariximizə də ayna tutur"- dedi. Sözünün davamında əlavə etdi: "Çox gərəkli, lazımlı və vaxtında görülmüş işin müəllifi olan Arif Süleymanov kitabın əvvəlində oxucularına təvazökar bir müraciət edir, bildirir ki, mən Başlıbel sakini olaraq tatixi hadisələri olduğu kimi yazmağa çalışmışam. Bəlkə haradasa bir səhvə, yanlışlığa yol vermişəm, nələrsə diqqətimdən kənarda qalıb. Məlumatlı oxucu gördüyü kəm-kəsirlə bağlı bizə yazsın, bildirsin, növbəti nəşrlərdə nəzərə alaq. Bu da ucalıqlarda yaşayanlara xas təvazödür. Arif müəllim ixtisasca mühəndis olsa da, nəsil-şəcərəsi Başlıbel hadisələrinin iştirakçısı olduğundan tarixçilərimiz üçün mənbə rolunu oynaya biləcək unikal bir iş ortaya qoyub- tarixi faktlarla zəngin bir kitab yazıb".

Çıxışının sonunda xanım yazar tədbir iştirakçılarına xitabən "Məni buraya yazıçı kimi dəvət ediblər, o səbəbdən bu il çapdan çıxan Birinci və İkinci Qarabağ Müharibəsinə həsr olunan, Zəfərimizi özündə əks etdirən "Açar" romanımdan bir epizodu, icazənizlə, xatırlatmaq istəyirəm: Ehtiyatda olan polkovnik səhər tezdən eyvana çıxır. Qonşu binalardan asılmış bayraqları görüb, mobil telefonda təqvimə baxır: 27 sentyabr, 2020. Bu gün əlamətdar bir gün deyil, bu bayraqlar nədir, deyə düşünür. Votsap səhifəsinə baxır, ən yuxarıdakı mesajı vurur. Hərbi akademiyada dərs dediyi, indi mayor olan tələbəsinin səsi otağa yayılır: “Yoldaş polkovnik, sizi müharibənin başlaması münasibətilə təbrik edirəm”. Hərbi-səhra formasını geyinir, hərbi komissarlığa yollanır. Ona bildirirlər ki, Ali Baş Komandan qismən səfərbərlik elan etdiyinə, sizdə yaş əllidən artıq oduğuna görə gözləyin,narahat olmayın, tam səfərbərliyə ehtiyac olsa, onda siz də gedəcəksiniz. Orada tibb fakültəsində oxuyan, könüllü cəbhəyə həkim kimi getmək istəyən oğlan da var. Maraqla soruşur ki, doğrusu biz mətəl qaldıq, niyə rəhbər səfərbərlik elan etdi. Bizcə düşmənə qalib gəlməyə bizim hərbi arsenalın gücü kifayətdir. Polkovnik izah edir: müharibədə peşəkar hərbiçilərin öz üstünlüyü var, könüllülərin öz üstünlüyü. Peşəkar hərbiçi prosesi bilir, vəziyyəti düzgün qiymətləndirir, öldürməyi və sağ qalmağı eyni anda planlayır. O müharibənin onurğa sütunudur. Könüllülərin emosionallığı, canfədailiyi döyüşə coşqu, ruh yüksəkliyi qatır. Polkovnik bir epizodu xatırlayır: Qarabağ kəndlisi döyüşçülərin önündə gedir, birdən minaya düşərsiz, qoyun mən qabaqda gedim, deyir. Ondan soruşurlar ki, sizin övladınız, doğmalarınız yoxmu, nədən ölümün gözünə belə dik baxırsız. Zabitin paqonunda ulduzu göstərib deyir: sizdən burada neçə nəfər var, məndən yüzlərlədir. Bax, biz belə qalib olduq! Bunları mən yazıçı təxəyyülü ilə yazmışam. “Açar” bədii əsərdir”- deyə bildirdi və əlavə etdi:

“Arif Süleymanovun "Başlıbel qətliamı" kitabı isə faktlardır, şahidlərin yaşantısı, canı, qanı hopmuş əsərdir. Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi ən ağır müharibə cinayətlərindən olan Başlıbel qətliamı haqqında memorialdır. Otuz il Azərbaycan Beynəlxalq Radiosunun on-on iki dildə səslənən verilişləri vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdıran bir efir adamı kimi bildirmək istəyirəm:Arif Süleymanovun "Başlıbel qətliamı" kitabı Qarabağ faciələrini, erməni qətliamlarını dünya ictimaiyyətinə çatdırmaq, cinayətkarların cəzalandırılmasını tələb etmək işində əyani vəsait, dəyərli sübutdur”

Yazıçı, filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Beynəlxalq Radiosunun proqramlar şöbəsinin rəisi

Natəvan Dəmirçioğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Aprel 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri