Başqa həbsxanaya köçürüldü
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb.
Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Bildirilib ki, yeni həbsxanada təxminən 1000 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 4000-ə yaxın olub. Reperin köçürülməsi onun ötən şənbə günü təcili tibbi yardımla xəstəxanaya aparılmasından sonra baş verib.
ABŞ Federal Həbsxanalar Bürosu sənətçinin köçürülməsinin və xəstəxanaya yerləşdirilməsinin rəsmi səbəbini açıqlamayıb. Lakin mənbələrdən əldə edilən məlumata görə, "P.Diddy" yamaykalı narkobaron Kristofer Kukla əlbəyaxa dava zamanı başından xəsarət alıb.
Qeyd edək ki, reper Nyu-Cersidəki həbsxanada olduğu müddətdə dəfələrlə daxili qaydaları pozub. Bu səbəbdən onun nümunəvi davranışına görə cəzasının azaldılması və daha tez azadlığa çıxması üçün istifadə edə biləcəyi 41 günü ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 18 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















