Xalq artisti başqa xəstəxanaya köçürüldü
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Xalq artisti Şükufə Yusupova Yeni Klinikaya təxliyə olunub.
Bakupost" oxu.az-a istinadla xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
“Avqustun 21-də Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1954-cü il təvəllüdlü şəxs (qadın) daha ixtisaslı tibbi xidmət almaq üçün avqustun 24-də Yeni Klinikaya təxliyə olunub. Hazırda onun müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”, – deyə məlumatda qeyd edilir.
Xatırladaq ki, avqustun 21-i “İçərişəhər” metrostansiyasının yaxınlığında yolu qarşı tərəfə keçərkən piyada keçidində Xalq artisti Şükufə Yusupovanı maşın vurub.
Hadisə saat 18:00 radələrində Həsən Seyidbəyli küçəsində qeydə alınıb.
Həsən Hüseynli idarə etdiyi "77-UD-238" dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı minik avtomobili ilə Xalq artisti Şükufə Yusupovanı vurub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.
Baxış sayı:114
Bu xəbər 25 Avqust 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















