Icma.az
close
up
RU
Batumidə 13 cü Beynəlxalq “Caspian Energy Forum”un ilk sessiyası keçirilib

Batumidə 13 cü Beynəlxalq “Caspian Energy Forum”un ilk sessiyası keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Tbilisi, 5 sentyabr, AZƏRTAC

Gürcüstanın Batumi şəhərində “Caspian Energy Club” və “Forbes Georgia” jurnalının birgə təşkilatçılığı ilə 13-cü Beynəlxalq “Caspian Energy Forum”un ilk sessiyası keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Batumidəki Baş konsulluğundan məlumat verilib.

Bildirilib ki, 13-cü Beynəlxalq “Caspian Energy Forum”un ilk sessiyasının məhz Batumidə keçirilməsi bu ərazinin geostrateji mövqeyi ilə əlaqəlidir. Gürcüstan bu gün nəqliyyat, enerji və infrastruktur sahəsində bir sıra transmilli layihələrin reallaşdırıldığı strateji bölgədir. 13-cü Beynəlxalq “Caspian Energy Forum 2025” isə bu proseslərin analitik qiymətləndirilməsi və siyasi-iqtisadi inkişafı üçün effektiv platformaya çevrilib.

Qeyd olunmalıdır ki, “Caspian Energy Forum” “Caspian Energy Club” tərəfindən təsis edilmiş Xəzər-Qara dəniz regionlarının iqtisadi inkişafında aparıcı sektorları bir araya gətirən beynəlxalq platformadır. Forum enerji, logistika, investisiya və davamlı inkişaf sahələrində regionun aparıcı tədbirlərindən biri hesab olunur.

Forumdan sonra Gürcüstanın Batumi şəhərindəki baş konsulu Fuad Əzizov və “Caspian Energy Club”-ın nümayəndə heyəti Acarıstan Muxtar Respublikasının Hökumətinin Sədri Sulxan Tamazaşvili və maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu xüsusi vurğulanıb. Tərəflər iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər. Acarıstan regionunda birgə layihələrin həyata keçirilməsi, turizm və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi əsas mövzulardan biri olub. Tərəflər qarşılıqlı anlaşma və dəstəyə əsaslanan münasibətlərin bundan sonra da inkişaf etdirilməsi üçün səylərin davam etdiriləcəyini bildiriblər.

“Caspian Energy Club”ın keçirdiyi qlobal sorğuya əsasən Acarıstan Muxtar Respublikasının “Turizm sektoruna investisiya üçün ən yaxşı region” nominasiyasında qalib gəldiyini nəzərə alaraq, hökumət sədri S.Tamazaşviliyə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev tərəfindən “Caspian Business Award” beynəlxalq mükafatı təqdim olunub.

Mükafatın rəmzi – tərəqqini, çətinliklərin dəf edilməsini və uğura gedən yolun əsasını təşkil edən lider komandanın işini əks etdirən yelkənli gəmidir. Bu rəmz həm inkişafı, həm də kollektiv əməkdaşlığın gücünü simvolizə edir.

Bununla yanaşı, görüş zamanı S.Tamazaşviliyə, eləcə də maliyyə və iqtisadiyyat naziri Ednar Nataridzeyə “Caspian Energy Club”ın fəxri üzvlük sertifikatları təqdim olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri