Icma.az
close
up
RU
® Bakıda 1ci Beynəlxalq “Caspian Innovation Forum” keçirilib AZƏRTAC

® Bakıda 1ci Beynəlxalq “Caspian Innovation Forum” keçirilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

“Caspian Energy Club”ın təşkilatçılığı ilə baş tutmuş 1-ci Beynəlxalq “Caspian Innovation Forum” öz işini uğurla yekunlaşdırıb.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

1-ci Beynəlxalq “Caspian Innovation Forum” müasir dövrün ən mühüm mövzularından olan rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, innovativ texnologiyalar və qanunvericilik islahatlarını müzakirə etmək üçün iştirakçıları bir araya toplayıb. Forumda, həmçinin Azərbaycanın rəqəmsal inkişafı və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə atılacaq növbəti addımlar diqqət mərkəzində olub.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev açılış nitqi ilə çıxış ediblər.

Telman Əliyev forumun region üçün böyük əhəmiyyət kəsb etdiyini və Azərbaycanın dünya miqyasında rəqəmsal inkişaf sahəsindəki mövqeyini daha da möhkəmləndirəcəyini vurğulayıb.

“1-ci Beynəlxalq “Caspian Innovation Forum”un uğurla başa çatması bizim üçün böyük bir nailiyyətdir. Bu cür beynəlxalq tədbirlər həm ölkəmizdə, həm də regionda innovasiyaların inkişafı və rəqəmsal iqtisadiyyatın gücləndirilməsi baxımından çox önəmlidir. Forumun əsas məzmununu təşkil edən süni intellekt, innovativ texnologiyalar və rəqəmsal aləmdəki trendlər iştirakçılarda geniş maraq doğurub. Süni intellekt və rəqəmsal texnologiyalar müasir biznesin əsas komponentlərinə çevrilib. Azərbaycanın rəqəmsal iqtisadiyyatının gələcəyi, yalnız daxili infrastrukturla deyil, həm də beynəlxalq əməkdaşlıqla müəyyən olunur”, - deyə Telman Əliyev əlavə edib.

Forumun iştirakçıları arasında dövlət qurumlarının, transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, analitik mərkəzlərin və investisiya şirkətlərinin 150-dən çox nümayəndəsi yer alıb. Tədbirdə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov və Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev spiker qismində iştirak ediblər.

1-ci Beynəlxalq “Caspian Innovation Forum”da moderatorluq “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz tərəfindən icra edilib.

Panel müzakirələrdə müxtəlif sahələrin aparıcı liderləri, beynəlxalq ekspertlər və şirkət rəhbərləri, qlobal miqyasda rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiyaların tətbiqi və bu sahələrdə qarşıya çıxan çağırışlar barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda forumda iştirak edən rəhbər şəxslərə fəxri üzvlük sertifikatları təqdim edilib. Eyni zamanda, dövlət qurumlarının rəhbərləri tərəfindən “Caspian Energy Club” üzvlərinə üzvlük sertifikatları təqdim olunub.

Forumun son hissəsi olan “networking” sessiyası iştirakçılara yeni əməkdaşlıqlar və fikir mübadiləsi üçün fürsətlər yaradıb.

1-ci Beynəlxalq “Caspian Innovation Forum”un rəsmi tərəfdaşları sırasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi və Elektron Təhlükəsizlik Xidməti yer alıblar.

Forum “FChain Corporation”, “Gazelli Group”, “Kibrit.Tech”, “MyGroup Holding”, “Noventiq”, “Vitam” şirkətlərinin sponsor dəstəyi ilə gerçəkləşib.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Orta Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın, həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri