Bavariya almaniyalı futbolçunu transfer etməyə yaxındır
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Bavariya" Nik Voltemade ilə şifahi razılıq əldə edib.
Sportal.az xəbər verir ki, jurnalist Florian Plettenberqin məlumatına görə, Münhen klubu "Ştutqart"ın hücumçusuna 2030-cu ilə qədər müqavilə təklif edib. Voltemade artıq bu yay "Bavariya"ya qoşulmaq istəyir. Klubun müşahidə şurası da transferə müsbət rəy verib.
Hazırda klublar arasında danışıqlar aparılmır. "Ştutqart" futbolçunu heyətində saxlamaq niyyətindədir.
Voltemadenin "Ştutqart"la olan mövcud müqaviləsi 2028-ci ilə qədər qüvvədədir və müqavilədə təxirəsalınmaz transfer (buy-out) maddəsi nəzərdə tutulmayıb.
23 yaşlı futbolçu ötən Bundesliga mövsümündə 28 oyunda 12 qol vurub və komandanın ikinci ən məhsuldar oyunçusu olub.
saytlarin hazirlanmasi
Bavariya çilili yarımmüdafiəçini transfer etməyə yaxındır
30 Aprel 2025 19:24
Fənərbağça xorvatiyalı ulduz futbolçunu transfer etməyə çox yaxındır
27 Fevral 2025 12:25
Fənərbağça Bavariya nın əfsanəsini transfer etməyə hazırlaşır
10 Aprel 2025 16:01
Bavariya ingilis futbolçunu buraxmayacaq
28 Mart 2025 12:07
Bavariya bu futbolçunu göndərəcək
12 Noyabr 2024 20:52

