“Neftçi” 18 yaşlı qazaxıstanlı futbolçunu transfer etməyə yaxındır
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Qazaxıstanlı yarımmüdafiəçi Omar Muradov karyerasını Azərbaycanda davam etdirə bilər.
İdman.Biz Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı futbolçu Bakı təmsilçisi “Neftçi” ilə danışıqlar aparır.
Razılaşma əldə olunacağı halda Omar Muradov klubun gənclər heyətinə qoşulacaq.
Mənbənin məlumatına görə, danışıqlar artıq irəliləmə mərhələsindədir və Azərbaycan klubu futbolçu barədə Qazaxıstan komandalarından məlumat toplayıb. Məlumatda həmçinin qeyd olunur ki, Omar Muradova “Astana” və “Kaysar” klubları da maraq göstərir.
Almatı şəhərində anadan olan O.Muradov futbola “Kayrat-02”də başlayıb, 15 yaşında “Sumqayıt”a keçərək U17 yaş kateqoriyasında Azərbaycan çempionu olub. O, əsasən “10” mövqeyində çıxış edir, dəqiq ötürmələri və meydanı yaxşı görməsi ilə seçilir, həmçinin Qazaxıstanın yeniyetmələr yığmasına namizəddir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 13 Yanvar 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















