Bavariya Barselona nın müdafiəçisini transfer etmək istəyir Kim Min Ce komandadan ayrılsa...
Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bavariya" Ronald Arauxo ilə ciddi maraqlanır.
Sportal.az xəbər verir ki, Uruqvaylı müdafiəçi yaxınlarda "Barselona" ilə 2031-ci ilə qədər yeni müqavilə imzalayıb. Yeni müqaviləyə əsasən, Arauxo üçün sərbəstqalma məbləği 1 iyuldan 15 iyula qədər 65 milyon avro olacaq.
"Diario Sport"un məlumatına görə, Münhen klubu müdafiə xəttini əsaslı şəkildə yeniləmək niyyətindədir və Arauxo bu planın əsas hədəflərindən biridir.
Transferin gerçəkləşməsi Kim Min Cenin klubdan ayrılmasından asılıdır. Cənubi koreyalı müdafiəçi ilə "Yuventus", "Çelsi" və "Nyukasl" maraqlanır. "Bavariya" Min Ceni satmağa və onun satışından gələn gəlirlə yeni müdafiəçi almağa hazırdır.
Bununla yanaşı, "Çelsi" və "Yuventus" da Arauxo ilə maraqlanır. Əgər Münhen klubu Arauxo transferini reallaşdıra bilməsə, alternativ olaraq "Bayer"dən Conatan Ta və "Bornmut"dan Din Heysen nəzərdən keçirilir.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 30 Aprel 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















