“Bavariya” “Benfika”nın müdafiəçisini transfer etmək istəyir
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Almaniyanın “Bavariya” futbol klubu “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək variantını nəzərdən keçirməyə davam edir.
“İdman.Biz” “Tuttomercato” saytına istiandən xəbər verir ki, 24 yaşlı futbolçu bir müddətdir Almaniya klubunun diqqət mərkəzindədir.
Arauxonun “Benfika” ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədədir. Lakin Portuqaliya klubunun onu təxminən 40 milyon avro qarşılığında satmağı düşünə biləcəyi bildirilir. Müdafiəçi əsas heyətin stabil oyunçusudur və beynəlxalq oyunlarda təcrübə də qazanıb.
Bununla belə, “Bavariya”nın daha bir mərkəz müdafiəçisinə ehtiyac duyub-duymadığı hələ məlum deyil. Kim Min Çen son vaxtlar mövqeyini möhkəmləndirib və klubun onunla müqavilənin uzadılması barədə danışıqlar aparmağı düşündüyü bildirilir. Conatan Ta, Dayot Upamekano və Hiroki İto da müdafiə xəttində digər alternativlərdir.
“Bavariya” Arauxonu ən azı 2024-cü ildən izləyir. Həmin vaxt “Benfika” transfer təklifini rədd etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 Sentyabr 2026 05:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















