Bavariya onu saxlamaq istəyir, maliyyə şərtlərində razılaşmırlar
Icma.az bildirir, Sportal.az portalına istinadən.
"Bavariya" Deotşankul Upamekanonu komandada saxlamağı planlaşdırır.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, Almaniya nəhəngi fransıza yeni müqavilə təklif edib.
Tərəflər artıq futbolçunun əsas maaşı barədə razılığa gəliblər, lakin imzalanma bonusunun ölçüsü bu danışıqlara maneə ola bilər. “Bavariya” daha əvvəl Alfonso Deyvisə bonuslar üçün təxminən 20 milyon avro ödəyib. Münhen təmsilçisi Upamekano üçün eyni məbləği ödəməyə hazır deyil.
“Transfermarkt”da bazar dəyəri 50 milyon avro olan 26 yaşlı futbolçunun “Bavariya” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O,karyerası ərzində “Zaltsburq” və “Leyptsiq” klublarında çıxış edib.

Subsidiya şərtlərində DƏYİŞİKLİK
28 Yanvar 2025 00:46
Adil Şükürov: Maliyyə şərtlərində razılaşa bilsək, bəziləri ilə yola davam edəcəyik
18 İyun 2025 15:02
Qızıl Şans stimullaşdırıcı lombard lotereyasının şərtlərində dəyişiklik
21 Avqust 2025 15:17
Bavariya Sportinqin futbolçusunu istəyir
13 Noyabr 2024 20:57
Bavariya Realın müdafiəçisini istəyir
05 Dekabr 2024 12:38

