Icma.az
close
up
RU
Azərbaycan sülh şərtlərində israrlıdır

Azərbaycan sülh şərtlərində israrlıdır

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizin Ermənistana tranzit yolu verməsi Paşinyana siyasi dividend qazandırır

Ermənistan daxilində, siyasi cameədə qarşıdurma səngiməyib, parlament seçkiləri öncəsi hakimiyyətə iddialı qüvvələrin fəallaşması müşahidə olunmaqdadır. Bundan başqa, Qarabağı könüllü tərk etmiş ermənilərdən “kart-blanş” yaratmaqla, bunun üzərində manipulyasiya cəhdləri, TRIPP marşrutu ətrafında spekulyativ bəyanat və şərhlər Paşinyan komandasını qarşıda gərgin siyasi mübarizənin və çətin sınaqların gözlədiyindən xəbər verir. Oxucuları maraqlandıran bu və digər məsələlər barədə suallarımızı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev cavablandırır.

– Sizcə, gözlənilən tarixi müqavilə nə zaman imzalana bilər?

– Sülh sazişinin nə vaxt və harada imzalanacağı barədə heç nə deyə bilmərəm. Çünki hazırda məndə belə bir məlumat yoxdur.

– Ermənistanda gələn ilin iyun ayına planlaşdırılan parlament seçkiləri yekun sülh sazişinin bağlanmasına hansı formada və necə təsir göstərə bilər?

– Parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanması ağlabatan görünmür. Biz hazırda sülh prosesinin ətrafında cərəyan edən hadisələri də görürük. Azərbaycan artıq Ermənistana tranzit xətti verib, müxtəlif təyinatlı yüklərin daşınması həyata keçirilir. Yəni kommunikasiyaların qarşılıqlı açılması istiqamətində real addımlar atılır. Bu qərarlar sülh prosesinə həm siyasi, həm də iqtisadi cəhətdən dəstəyin verilməsi deməkdir. Həm də Paşinyanın əlini möhkənləndirir, ona müəyyən dərəcədə siyasi dividend qazandırır. Amma yekun sülh sazişinin imzalanması Azərbaycanın konkret tələblərinin yerinə yetirilməsindən sonra mümkündür.

Hesab edirəm ki, bu məsələlər də Ermənistanda gələn ilin iyununda keçiriləcək parlament seçkilərindən sonra öz həllini tapacaq. Yəni 2026-cı ilin iyunundan sonra. Həmin məsələlərin ilk sırasında Ermənistan konstitusiyasında qonşularına qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması gəlir.

– Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mixail Kaluqin Moskvanın iştirakı olmadan TRIPP layihəsinin reallaşmasının mümkün olmadığını deyib. Bunu Kremlin sülhə mane olmaq cəhdi kimi qiymətləndirmək olarmı?

– Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin Moskvanın iştirakı olmadan TRIPP layihəsinin reallaşmayacağını deməsi reallığı nəzərə almamaq deməkdir. Hamıya məlumdur ki, artıq TRIPP layihəsinin həyata keçirilməsi prosesi başlayıb. Bu layihədə Rusiyanın iştirak edib-etməyəcəyi onun özünə bağlı məsələdir. Fakt ondan ibarətdir ki, bu marşrutun reallaşması artıq Birləşmiş Ştatlar və Ermənistan arasında olan məsələdir. Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında davam edən sülh prosesinin vacib elementi sayılır.

– Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın “İranla maraqlarımız üst-üstə düşür” açıqlamasının altında nə gizlənir: İrəvanın siyasi-diplomatik balansı qoruyub saxlamaq niyyəti, yoxsa müəyyən məqsədlə sülh prosesini uzatmaq istəyi?

– İranın bu marşruta münasibəti məsələsinə gəldikdə, onu görürük ki, Tehran vaxtaşırı özünün narahatlığını bildirir. Doğrudur, rəsmi İrəvanın buna cavab olaraq bildirib ki, TRIPP layihəsi Ermənistan və ABŞ arasındakı məsələlər kateqoriyasına daxildir. Amma o da sirr deyil ki, İran və Ermənistan arasında uzun illər dostluq münasibətləri mövcud olub. Elə indi də bu müasibətlərdə hər hansı dəyişiklik müşahidə olunmur. Bunun nə zaman və hansı mərhələdə baş verəcəyini söyləmək də çətindir.

– Fərid müəllim, sülhə aparan yolda süni şəkildə qarşıya çıxarılan maneələri dəf etmək üçün Bakı diplomatik arsenalına daha nələri daxil etməlidir?

– Bakı qarşıya çıxan və ehtimal edilən bütün məsələləri diplomatik yolla həll etməyə çalışacaq. Bu baxımdan qeyd etmək yerinə düşər ki, Ermənistanla Brüssel arasında imzalanmış məlum sənəd Azərbaycanı ciddi narahat edir. Bununla bağlı rəsmi Bakı Avropa İttifaqına öz etirazını çatdırıb.

Yeri gəlmişkən, onu da qeyd etməyi vacib sayıram ki, 8 avqust Vaşinqton görüşü Cənubi Qafqazda vahid sülh, əməkdaşlıq, təhlükəsizlik platformasının yaranmasına töhfə verir. Ermənistan – Azərbaycan münasibətlərinin normallaşması istiqamətində addımlar atılır, sülh sazişi layihəsi paraflanıb. Birinci sualınıza qayıdaraq deyim ki, biz Ermənistanda konstitusiya dəyişikliyindən sonra sülh sazişinin imzalanacağına ümid edirik.

Artıq məlumdur ki, ATƏT-in Minsk qrupu ləğv edilib. 8 avqust görüşü həm də Azərbaycan-ABŞ əməkdaşlığı üçün yeni imkanlar açır. ABŞ Konqresinin “Azadlığa dəstək aktı”na 907 saylı düzəliş artıq ləğv edilib. Tərəflər Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması haqqında razılığa gəliblər. Bu günlərdə ikitərəfli işçi qrupunun onlayn ilk iclası da keçirildi. Son 30 il ərzində bizim əməkdaşlığımız əsasən enerji sahəsində olub. İndi isə digər sahələrdə də tərəfdaşlıq perspektivləri var.

Hazırladı:
İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Dekabr 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see891

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see342

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see314

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see301

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see278

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see265

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see232

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see230

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see205

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see203

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see202

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see201

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see201

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see195

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see188

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see188

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see187

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see175

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri