Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

“Bavariya”nın kubok macərası yenə erkən bitdi

“Bavariya”nın kubok macərası yenə erkən bitdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Həftəiçi Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirildi.

3-cü bundesliqa təmsilçisi “Arminiya” yaxşı mənada təəccübləndirməkdə davam edir. Ötən mərhələdə “Union”u mübarizədən kənarlaşdıran Bilefeld klubu bu dəfə elitanın daha bir təmsilçisi “Frayburq”dan üstün oldu. “Arminiya” adını ən güclü 8 klub sırasına yazdıran yeganə 3-cü bundesliqa təmsilçisidi. 2-ci bundesliqada çıxış edən “Karlsrue” də sürpriz etməyə yaxın idi. Amma bu komanda dramatik matçda penalti seriyasında “Auqsburq”a uduzdu. Səfərdə “Reqensburq”u darmadağın edən “Ştutqart”dan fərqli “Verder” 2-ci bundesliqa təmsilçisi “Darmştadt”la ev oyununda xeyli əziyyət çəkməli oldu və qələbə qolunu yalnız son saniyələrdə vurdu. 2-ci bundesliqanın iki iddialı klubunun - “Köln” ilə “Herta”nın dueli də dramatik alındı. “Keçilər” yalnız əlavə vaxtın son anlarında qazanılan penalti sayəsində mərhələni adladılar. Elita təmsilçilərinin duelində “Volfsburq” “Hoffenhaym”ı, “Leyptsiq” isə “Ayntraxt”ı darmadağın etdi. Son oyunun nəticəsini sürpriz saymaq olar. Çünki enişdə olan “Leyptsiq” son 6 rəsmi matçın 5-də məğlub olmuşdu. Əla formada olan “Ayntraxt” isə əksinə? 7 oyunluq qələbə, 9 oyunluq məğlubiyyətsiz seriya yaxalamışdı. Amma “öküzlər” rəqibə heç bir şans vermədilər.
Mərhələnin əsas dueli Münhendə baş tutdu. “Kor püşk” “Bavariya” ilə turnirin son qalibi “Bayer-04”ü artıq bu mərhələdə üz-üzə gəlməyə vadar etdi. Hər iki komanda meydana nominal hücumçusuz çıxmışdı. Meydan sahiblərində Keyn zədəli idisə, qonaqlarda Şik ehtiyatda qalmışdı. Oyunun əvvəllərinə Noyer damğa vurdu. O, 18-ci dəqiqədə irəli çıxaraq Frimponqu qabaqlamaq istəyərkən kobudluğa yol verdi və qarşısında tarixi bir qırmızı vərəqə gördü. Peşəkar karyerasında 18-ci mövsümünü və 924-cü rəsmi oyununu keçirən ünlü qapıçı ilk dəfə meydandan qovuldu! “Rekordmayster” azlıqda daha yaxşı təsir bağışlasa da, ilk yarıda qol olmadı. Xabi Alonso fasilədə Şiki meydana buraxsa da, çexiyalı forvard cəmi 15 dəqiqə sonra zədələnərək əvəzləndi. Məhz onun yerinə məcburiyyətdən meydana çıxan Tella isə matçın qəhrəmanı oldu. O, 69-cu dəqiqədə Qrimaldonun gözəl asmasını başla tamamladı.
Qalan vaxtda başqa qol olmayınca Münhen nəhəngi növbəti dəfə kubokda mübarizəni erkən dayandırmalı oldu. 2020-də bu turniri qazanandan sonra komanda sanki lənətlənib. Son 5 mövsümdə “Bavariya” kubokda 1/4 finaldan irəli gedə bilməyib! Alonso “Bayer-04”ün başında 5-ci rəsmi oyunda da “Bavariya”ya uduzmadı (3 qələbə, 2 heç-heçə). Bu, Almaniya futbolu üçün tarixi nəticədi. Buna qədər Almaniyada “Bavariya”ya qarşı ilk 5 oyunda məğlubiyyət acısı yaşamayan məşqçi olmamışdı. Əvvəlki rekord 1980-ci illərdə “Hamburq”un başında münhenlilərə qarşı ilk 4 oyunda uduzmayan əfsanəvi Ernst Happelə məxsus idi. Alonso həm də ölkə kubokunda məşçi kimi keçirdiyi 9-cu oyunda da məğlubiyyət acısı yaşamadı. XXI əsrdə yalnız Van Qal və Qvardiola bu göstəricidə hələ ki ondan üstündü. Hər iki məşqçi “Bavariya”nın başında olarkən kubokda ilk 10 oyunda uduzmamışdı. Onu da bildirək ki, “Bavariya”nı mübarizədən kənarlaşdırdıqdan sonra əsas favoritə çevrilən “Bayer-04” titulu qorumağı bacarsa, turnirin tarixində ardıcıl iki il qalib olan 8-ci fərqli komandaya çevriləcək.
1/8 final
Bavariya – Bayer-04 0:1

Tella, 69.
Bavariya: Noyer, Laymer (Boe, 73), Upamekano, Kim Min Ce (Tel, 84), Devis, Kimmix, Qoretska (Pavloviç, 73), Sane (Perets, 19), Olise, Koman (Qnabri, 73), Musiala.
Bayer-04: Kovarj, Mukiele (Artur, 61), Ta, Tapsoba, İnkapye, Caka, Andrix (Şik, 46/Tella, 61), Palasios, Frimponq, Qrimaldo, Virts.
Leyptsiq – Ayntraxt F 3:0
Şeşko, 31. Openda, 49; 58.
Leyptsiq: Vandevoort, Henrixs, Zayvald, Orban, Qeertruyda, Nusa (Klostermann, 84), Aydara (Şlager, 71), Vermeeren, Baumqartner, Şeşko (Silva, 76), Openda.
Ayntraxt: Trapp, Kollins (Knauff, 55), Tuta, Kox (Höylunn, 66), Kristensen, Skiri, Larsson (Çaibi, 46), Götse (Nkunku, 55), Braun (Mahmud Dahud, 82), Ekitike, Marmuş.
Arminiya (D-3) – Frayburq 3:1
Lannert, 28. Kania, 36-p. Oppi, 81 – Qreqoritş, 63.
Reqensburq (D-2) – Ştutqart 0:3
Miyo, 13. Çeys, 19. Voltemade, 61.
Verder – Darmştadt (D-2) 1:0
Yunq, 90+4.
Volfsburq – Hoffenhaym 3:0
Vavro, 63. Vind, 67. Gerhardt, 85.
Karlsrue (D-2) – Auqsburq 2:2, p. - 4:5
Şloysener, 54. Vanitsek, 111 – Essende, 40. Varqas, 120+3.
Köln (D-2) – Herta (D-2) 2:1, əlavə vaxtda
Niderlexner, 30-öz qapısına. Lyubiçiç, 120+1-p. – Matsa, 12-p.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Dekabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri