Icma.az
close
up
RU
Baxçalı 2 mafiya liderini BARIŞDIRDI Sedat Peker DƏSTƏK VERDİ

Baxçalı 2 mafiya liderini BARIŞDIRDI Sedat Peker DƏSTƏK VERDİ

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Türkiyədə uzun illərdir davam edən ədavətlə tanınan "Sarallar" və "Şahinlər" qruplaşması arasında diqqətçəkən görüş baş tutub.

Turkustan.az xəbər verir ki, Burhanettin Saral ilə Sedat Şahin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının kabinetində bir araya gəliblər.

MHP Qərargahında keçirilən görüşün ardından tərəflərin birgə çəkdirdiyi fotolar partiyanın rəsmi sosial media hesablarında təqdim olunub. Partiya bu buluşmanı “tarixi qucaqlaşma və görüş” kimi səciyyələndirib.

MHP Baş katibi İsmet Büyükataman da açıqlamasında "Sarallar" və "Şahinlər" ailələrinin MHP Qərargahındakı biraraya gəlməsini yüksək qiymətləndirib.

Görüşdən əvvəl Saral ailəsi Trabzonun Sürmenə rayonunda, Tarixi Baştımar Ailəsi Muzeyinin həyətində 4 minə yaxın insanın iştirakı ilə geniş tərkibli tədbir keçirib.

Tədbirdə çıxış edən Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral “Türkiyə Yüzili” və “Terrorsuz Türkiyə” hədəflərinə vurğu edərək, münaqişə əvəzinə qardaşlıq və birliyin gücləndirilməsinin vacibliyini bildirib.

20 ildən artıqdır davam edən və hər iki tərəfin adının çoxsaylı istintaq işlərində hallandığı ədavətin bitməsi ölkə gündəmində böyük əks-səda doğurub.

Görüşün ertəsi günü Sedat Peker də "Instagram" hesabından açıqlama yayaraq sülhə töhfə verənlərə təşəkkür edib:

“Sülhə vasitəçilik edənlər, sülh qərarı alanlar Uca Allahın ən sevdiyi bəndələridir. Çox dəyərli bir qərardır. Başda MHP sədri cənab Dövlət Baxçalı olmaqla, əməyi keçən hər kəsdən Uca Allah razı olsun”.

Pekerin bu paylaşımı siyasi gündəmin ən çox müzakirə olunan mövzularından birinə çevrilib./Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Sentyabr 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri