Icma.az
close
up
RU
Baxçalıdan tarixi prezidentlik açıqlaması Türkiyəni belə idarə etmək istəyirlər

Baxçalıdan tarixi prezidentlik açıqlaması Türkiyəni belə idarə etmək istəyirlər

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının konstitusiyada seçki qanunları ilə əlaqədar dəyişiklik edilməsi barədə çağırış edib. Baxçalı Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməli oluğunu bildirib.

Bir müddət öncə D.Baxçalı PKK lideri Abdulla Öcalanın İmralı həbsxanasından çıxarılıb TBMM-ə gətirilməsini, terrora son qoyması haqda bəyanat verməsini təklif etmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Baxçalının təklifini dəstəkləyib, bunu “tarixi fürsət” kimi dəyərləndirib.

Globalinfo.az-a danışan türkiyəli politoloq Hüsaməddin İnaç deyib ki, D.Baxçalının bu təklifinin arxasında dayanan məqsəd Türkiyənin öz daxilində terror qruplaşmasını bitirmək və onlara kimin dəstək verdiyini aşkara çıxartmaq planının tərkib hissəsi idi:

“Yəni Abdullah Öcalanın həbsdən çıxıb terror təşkilatını ləğv etdiyi ilə bağlı verəcəyi açıqlamaya kimlərin qarşı çıxacağı, yaxud da dəstək verəcəyi aşkara çıxacaq. Bunun nəticəsində daxili siyasəti yenidən təşkil etmək mümkün olacaq. Daxildə yaranan birlik sayəsində xarici təhdidlərə cavab vermək daha asanlaşacaq.

Məlum olduğu kimi, DEM Partiyası PKK-nı dəstəkləyir, parlamentdə onun siyasi qoludur. Cümhuriyyət Xalq Partiyası (CHP) DEM partiyası ilə ittifaq halındadır. Bu ittifaq seçkilər zamanı özünü göstərdi. PKK-nın təsiri olduğu bölgələrdə terrorla əlaqəli insanlar bələdiyyə sədri seçildilər. Daha sonra isə terrora dəstək verən bələdiyyə rəhbərləri əyalət rəhbərləri ilə əvəz olundu. Bunun ən böyük səbəbi isə İsrailin Suriyada apardığı əməliyyatlardır. Belə ki, PKK-nın Suriya qolu olan YPG-PYD faktiki olaraq özünü İsrail əsgəri kimi aparır. Çünki İsraildən dəstək alır. Bu tezisi gündəmdən çıxartmaq üçün isə hazırda əlindən gələni edir. Təl- Əvivin əsas məqsədi Türkiyəni bölmək, parçalamaqdır. PKK Türkiyənin federal quruluşa malik ölkəyə çevrilməsini istəyir”.

Hüsaməddin İnaç

Politoloqun sözlərinə görə, dünya düzəninin yenidən qurulduğu bir vaxtda dövlətlər mövcudluqlarını qorumağa çalışırlar:

“Türkiyə müxalifəti, xüsusən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu kimi isimlər terror qrupları ilə daha çox əlaqə qururlar. Onlar ABŞ və İsraillə birlikdə siyasət yürüdərək, Türkiyə əleyhinə hər cür addımı atmağa hazır olan qüvvələrdir. Buna görə də Baxçalı ölkənin birliyini qorumaq üçün Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezident seçilməsinin vacib olduğunu düşünür. O səbəbdən konstitusiyada dəyişikliklərin aparılmasını və yenidən seçkilərin keçirilməsini zəruri hesab edir”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see255

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see219

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see213

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see182

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see167

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see151

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see139

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri