Icma.az
close
up
RU
Baxşıyev: “İdman stressdən ibarətdir“

Baxşıyev: “İdman stressdən ibarətdir“

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Sumqayıt” – “Araz-Naxçıvan” (0:0) matçından sonda qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– İki fərqli hissə izlədik. Birinci hissədə oyunumuz alınmırdı. Dəyişikliklərdən sonra oyunun ritmini ələ keçirməyi bacardıq. Bilirdik ki, ağır səfərdəyik. Bir xala da sevinmək lazımdır. Elə oyun gedirdi ki, məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Yenə də yolumuza davam edirik. Qarşıdakı oyunlara hazırlaşacağıq.

– Rəqib başqa cür oynadı deyə, gözlədikləriniz alınmırdı?

– Vaqif Cavadovun gəlişindən sonra da “Sumqayıt” daha dinamik, daha aqressiv oynayır. Təhlükəli komanda olduğunu bilirdik. Rəqibin üstün cəhətlərini də komandamıza göstərmişdik. Onlar özgüvənli komandadır, yaxşı iş görürlər.

– Samir Abasov bildirmişdi ki, “Qarabağ”dan başqa heç bir klub dominant futbol oynaya bilmir. Bu haqda fikriniz necədir?

– Dominant futbola doğru illərlə getmək lazımdır. Birdən-birə alınan bir şey deyil. Çalışmaq lazımdır. Kim desə ki, “Araz-Naxçıvan” sırf müdafiədə oturub, öz bəxtini əks-hücumlarda axtarır, elə də deyil. Komandadan daha çox hücumda olmaq tələb olunur. Büdcə də lazımdır ki, istədiyin material da əlinin altında olmalıdır ki, hücumda daha çox kreativ olasan.

– Qış fasiləsindən sonra meydana çıxdığınız ikinci oyundur ki, matç aqressiv keçir. Bu nədən irəli gəlir, çempionatın gərginliyindən, yoxsa rəqiblərlə bağlıdır?

– Epizodlara da baxsaz, bizim futbolçular necə sarı alırlarsa, burada rəqibi də vurğulamaq lazımdır. Rəqib də yaxşı çalışır ki, onları provakasiyaya çəksinlər. İdman stressdən ibarətdir. Stressin altında olmalısan ki, hansısa mərhələyə gəlib çıxasan. Sizin sual verməyiniz normaldır. Mən də onu normal şəkildə cavablandırıram. Bizdə nə qıcıq yaradır? 80-cı dəqiqədə “Sumqayıt”ın qapısı qarşısındakı penalti epizodunu heç kim vurğulamır. Amma biz də baxırıq ki, dəqiq penaltidir. Nə VAR-a baxırlar, nə VAR-dan çağırırlar. Möhkəm komandayıq, bizi bu yolla əzmək istəyirlərsə, əfsuslar olsun ki, bu onlarda istək olaraq qalacaq…Bizə qarşı diqqətli olsunlar.

– Onda belə çıxır ki, siz iki cəbhədə mübarizə aparırsız, meydanda və meydandan kənarda…

– Komanda və məşqçilər olaraq, üzərimizə düşən meydançadır. Digər amillər mənlik və komandama aid deyil. Komandama inanıram, möhkəm və sağlam kollektivimiz var. Öz iradəmizdən geri çəkilməyəcəyik.

– Qış fasiləsindən sonra üç fərqli nəticə qazanmısız. Qeyri-stabillik davam edəcək?

– Nəticə olaraq, siz bizi qeyri-stabil göstərmək istəyirsiz. Məni maraqlandıran oyun keyfiyyətidir. Komandam o keyfiyyəti mənə geri qaytarmağa çalışır. Bəzən istədiyim olur, bu oyundakı kimi. 5-6 qol epizoduna girirsən, dəyərləndirə bilmirsən. Ona görə nə siz məni, nə də mən komandamı günahlandıra bilərəm. Epizoddur, futboldur, futbolun yazılmamış qanunları var. Onunla barışmalısan.

– Matçın nəticəsini ədalətli hesab edirsiz?

– Məncə, bir xala görə də sevinmək lazımdır. Hər xal dəyərlidir. Çox onun üzərində dayanmayacağıq. Daha çox qarşıdakı matçlara köklənəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Aprel 2026 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri