Icma.az
close
up
RU
Baxşıyevin qaçırdığı fürsət, Abasovu gözləyən qiyamət...

Baxşıyevin qaçırdığı fürsət, Abasovu gözləyən qiyamət...

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunları geridə qaldı. “Araz-Naxçıvan” qəbul etdiyi “Qarabağ”ı məğlub etdisə (1:0), “Sabah” “Neftçi”nin meydanından qalib ayrıldı (2:1). Deməli, Muxtar Respublika və Masazır təmsilçiləri cavab oyunlarında üstün tərəf kimi meydana çıxacaq. Bu öz yerində. Amma...

Maraqlıdı ki, “köhlən atlar” “Liv Bona Dea Arena” keçirilən oyunda özünə bənzəmədi. Təbii ki, səbəblərdən biri ağdamlıların Misli premyer-liqasının 28-ci turu çərçivəsində “Turan Tovuz”la səfər matçının yorğunluğundan hələ xilas ola bilməməsiydi. Qurban Qurbanov bu üzdən Kadi Borges, Leandro Andrade və Abdulla Zubir kimi çox önəmli futbolçularını start heyətində meydana buraxmadı. İlk dəqiqələrdən tər tökməyə başlayan Musa Qurbanlı, Aleksey Kaşuk və Emmanuel Addainin qol fürsətlərini sağa-sola xərcləməsi isə meydan sahiblərini sevindirdi. Hadisələrin axarını dəyişmək istəyən Qurban bəyin məqsədinə çata bilməməyinin əsas səbəbi isə “Araz-Naxçıvan”ın bəlkə də mövsümdə ən yaxşı oyununu keçirməsi oldu. Elmar Baxşıyevin komandası sanki premyer-liqanın 26-cı turunda yaşanan məlum hadisələrə görə “Qarabağ”dan qisas alırdı.
İş orasındadı ki, naxçıvanlılar daha ciddi üstünlük əldə edə bilərdi. Lakin baş məşqçinin Ramon Maçado və Alan Dias kimi futbolçulara start heyətində şans verməməsi onları bu şansdan məhrum etdi. Əlbəttə, belə qəribə addımın səbəbi mənə çox maraqlı idi. Lakin Baxşıyev mətbuat konfransında ünvanladığım sualı cavabsız qoymaqla məni uzun müddət beynimi məşğul edəcək, “Araz-Naxçıvan”ın mübarizəni dayandıracağı təqdirdə mütəxəssisi bir daha tənqid etməyimə səbəb olacaq məqamla baş-başa qoydu. Düzü, bu mənada Samir Abasov da həmkarından fərqlənmir. Dəfələrlə səhv seçimlərinə görə irad eşidən mütəxəssis hələ də optimal start heyətini müəyyənləşdirməkdə çətinlik çəkdiyindən “Neftçi”ni uçuruma aparır. O başqa məsələ ki, “Sabah” da “Araz-Naxçıvan” kimi daha ciddi üstünlük qazana bilərdi. Lakin baş hakim Əliyar Ağayev “bayquşlar”ın ana südü kimi halal penaltisini təyin etməməklə növbəti dəfə həm imicini korladı, həm də ən təcrübəli yerli hakim və FİFA referisi olmasına rəğmən, hakimliyimizin səviyyəsini şübhə altına saldı. Hər halda, oyuna qədər bu cütün favoritini tapmaqda çətinlik çəkirdiksə, indi “Neftçi”nin mübarizəni dayandıracağı ehtimalı bir qədər yüksəkdi.
Hər şeyər rəğmən, bizi çox maraqlı cavab oyunları gözləyir. Həlledici matçların çox gərgin keçəcəyinə şübhə yoxdu. Qısası, kubok uğrunda mübarizə hələ indi başlayır!
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri