Icma.az
close
up
RU
Baxşıyevin “səxavətindən” Abasov da faydalandı

Baxşıyevin “səxavətindən” Abasov da faydalandı

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Neftçi (Bakı) – Araz-Naxçıvan 1:1 (1:1)
93. Rza Cəfərov (k) – 5,5
10. Filip Ozobiç – 5,5
(90. Ramil Şeydayev, 72) – 5,0
3. Höccət Haqverdi – 5,5
19. Azər Salahlı – 5,5
4. Elvin Camalov – 5,5
14. Edvin Kuç – 5,5
99. Ervin Koffi – 5,5
44. Yuri Matias – 5,5
24. Mustafa Sek – 5,0
(13. Emil Səfərov, 59) – 5,0
9. Bassala Sambu – 6,5
(22. Dembo Darbo, 59) – 5,0
18. Rinosuke Ohori – 6,0
(11. Aleks Fernandes, 72) – 4,5
Ehtiyat oyunçular
1. Emil Balayev
30. Rustam Samiqullin
17. Rəhman Hacıyev
91. Ağadadaş Salyanski
47. Murad Məmmədov
6. Rafael Quzzo
23. Robert Bauer
77. Yeqor Boqomolski
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Bassala Sambu
12. Kristian Avram – 5,5
5. Qara Qarayev – 5,5
34. Urfan Abbasov (k) – 5,5
2. Slavik Alxasov – 5,5
7. Ülvi İsgəndərov – 5,0
(9. Əyyub Allaş, 64) – 4,5
(8. Karlos Jatoba, 89) – qiymətsiz
16. Ramon Maçado – 6,0
29. Vanderson Melo – 5,5
(6. Vadim Abdullayev, 64) – 5,0
17. İssuf Paro – 6,5
23. Nuno Rodriges – 5,5
(21. Sezar Meza Kolli, 79) – qiymətsiz
4. İqor Ribeyro – 5,5
10. Bernardo Dias – 5,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
26. Ömər Buludov
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: İssuf Paro
Qollar: B.Sambu, 3 (1:0, R.Ohori). İ.Paro, 7 (1:1, R.Maçado).
Vərəqələr: E.Kuç, 5 (qeyri-idman hərəkəti). V.Melo, 22 (qeyri-idman hərəkəti). Y.Matias, 40 (qeyri-idman hərəkəti). E.Camalov, 53 (qeyri-idman hərəkəti). H.Haqverdi, 77 (hakimin qərarına etiraz). V.Abdullayev, 82 (qeyri-idman hərəkəti). İ.Ribeyro, 90+3 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir).
VAR hakiminin köməkçisi: Teymur Teymurov (Bakı).
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Azər Əsgərov (Bakı).
29 mart. Bakı. “Neftçi Arena”, 1000 tamaşaçı (11000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Başqa vaxt çempionat yoluyla avrokuboklara yollanmaq şansı tükənməkdə olan “Neftçi”nin 3-cü pillədə qərarlaşan “Araz-Naxçıvan”la oyunda nəsə bacarmayacağını, qonaqların meydandan qalib ayrılacağını söyləmək asan olardı. Lakin bu komandalar uzun müddətdi problemlərin öhdəsindən gəlməkdə acizdi. Bu matçda sabit nəticələr qazanmaqda çətinlik çəkən “ağ-qaralar”ın heyətində millinin düşərgəsindən yorğun qayıdan xeyli futbolçu var idi.
İş orasındadı ki, son 7 matçda qələbəyə həsrət qalan “qırmızı-ağlar”ın uğursuz seriyanı səfərdə qıracağı da inandırıcı görünmürdü. Başqa məqam komandaların 4 gün sonra kubokun yarımfinalında da meydana çıxacağı idi. Məhz bu səbəblərdən nəticəni maraqla gözləməyə dəyərdi. Elə biz də oyunu bu məqsədlə izləyirdik ki, yerimizi isitməmiş “Neftçi” hesabı açdı. Elvin – Ohori - Sambu kombinasiyasını sonuncu 3-cü dəqiqədə qolla bitirdi. Qonaqların “cavab atəşi” də özünü çox gözlətmədi. 7-ci dəqiqədə irəli atılan naxçıvanlılar Maçadonun sağ cinahdan cərimə meydançasına ötürməsi, Paronun dəqiq zərbəsi ilə hesabı bərabərləşdirdi. Belə startdan sonra məhsuldar oyun görəcəyimizi düşünsək də, yanıldıq.
Komandalar dəfələrlə bəxtini sınasa da, hesab dəyişmədi. Bu yöndə ilk cəhd qonaqların ifasında qeydə alındı. 16-cı dəqiqədə Dias Ülvinin ötürməsi sayəsində fərqlənməyə yaxın oldu ki, Rza baxımlı seyvə imza atdı. Ardından Koffi komandasını sevindirə bilərdi. Lakin onun “çərçivə”yə göndərmək istədiyi top Slavikə toxunandan sonra meydanı tərk etdi. Birinci hissənin sonuna qədər “Neftçi”dən Ozobiç və Kuç, “Araz-Naxçıvan”dan isə Ülvi ilə Dias qeyri-dəqiq zərbələrin müəllifi oldu.
Komandalar ikinci yarının ilk dəqiqələrində dinamik oyun göstərsə də, yorğunluq tədricən sözünü dedi. Meydan sahibləri Aleks, Darbo, Ramil, qonaqlar Melo, Dias və Maçado kimi futbolçuların fərlqənmək imkanlarını boşa verməsi üzündən qələbə sevinci yaşaya bilmədi. Təbii ki, bu, “Araz-Naxçıvan” üçün daha ağır itki oldu. “Qırmızı-ağlar” 3-cü pillədəki yerini “Turan Tovuz”un uğursuzluqları hesabına qoruyur ki, bunu tarixində ilk dəfə avrokuboklara yollanmaq istəyən naxçıvanlılar üçün uğur saymaq günah olar!
KƏNAN BAHADIR

Gözdən qaçmadı
* İlk dəqiqələrdən Matiası səhvlərinə görə danlamağa başlayan İnqilab Məmmədov ona, nəhayət, sarı vərəqə ilə yerini göstərdi. 
* Azər zədələndiyi üçün meydanı tərk edən Allaşın qəsdən yubandığını görüb futbolçunu itələdi. İnqilab Məmmədov buna görə Azərə şifahi xəbərdarlıq edəndə ondan bu cavabı eşitdi: “heç olmasa, “sarı”sını ver!”
* İnqilab Məmmədov qərarlarına etiraz edən Seymur Rəhimova (Samir Abasovun köməkçisi – red.) 87-ci, Samir Abasova isə 88-ci dəqiqədə sarı vərəqə göstərdi.
* Oyun bitəndən sonra “Neftçi” azarkeşi kimi tanınan cüdoçu, olimpiya çempionu Hidayət Heydərovla polislər arasında gərginlik yaşandı.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Aprel 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see192

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see174

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see161

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see131

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see127

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see121

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri