Icma.az
close
up
RU
Bayden Administrasiyası dağıdıcı siyasəti ilə yadda qaldı Deputat

Bayden Administrasiyası dağıdıcı siyasəti ilə yadda qaldı Deputat

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bu günlərdə Ermənistanla ABŞ arasında imzalanan strateji tərəfdaşlıq haqqında xartiya Ermənistanın çox təhlükəli oyunlarda alət kimi istifadə olunduğunu bir daha təsdiqlədi. Xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında imzalanan sənəd Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa, regionda ABŞ-nin bu regionda təsir rıçaqlarını möhkəmləndirməyə hesablanıb.

Milli Məclisin deputatı Nigar Məmmədova Modern.az-a açıqlamasında bildirib ki, sənədin Ermənistanın müdafiə sisteminin modernləşdirilməsini və suverenliyin qorunması üçün lazımi alətlərin təmin edilməsini nəzərdə tutması açıq şəkildə Ermənistanı revanşa həvəsləndirməkdir.

Deputatın sözlərinə görə, yenə də “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyasının, dövlət katibi E.Blinkenin bu günə kimi bütün dünya üzrə həyata keçirdiyi destruktiv siyasətin növbəti təzahürüdür. Cənab Prezidentin də qeyd etdiyi kimi, “Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi”.

Postunu təhvil verdiyi bir vaxtda belə bir sənədin imzalanması açıq şəkildə Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə vurmaq deməkdir. Son 5 ildə dünyada münaqişə və fəlakət ocaqlarını daha da qızışdıran Bayden administrasiyasının dağıdıcı siyasətinin nəticəsidir ki, dünya xalqları ABŞ-a inanmır.

Yeri gəlmişkən, məhz Blinkenin riyakarlığı ABŞ-nin Azərbaycan və Ermənistan arasında danışıqlardan uzaqlaşdırılması ilə nəticələndi. İşğal dövründə təcavüzkarla təcavüzə məruz qalan arasında fərq qoymayan ABŞ post münaqişə dövründə də ikili standartlar siyasətini davam etdirdi. Regionda sülhün deyil, yeni münaqişə ocağının yaranması istiqamətində əlindən gələni etdi. Ermənistanla yanaşı hətta Gürcüstanı da plasdarma çevirməyə çalışdı.

Deputat əlavə edib ki, Azərbaycan və Ermənistan sərhədinə “Avropa İttifaqının mülki missiyası” adı altında yerləşdirilən təxribatçı missiyanın da müəllifi Bayden Administrasiyasıdır.

Azərbaycan haqlı olaraq Avropa İttifaqının dırnaqarası mülki missiyasının sərhəddə yerləşməsinin əleyhinədir. Dövlət başçımız da bəyan edib ki, sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Məlumdur ki, həmin missiya sərhəddə kəşfiyyat məqsədi ilə fəaliyyət göstərir və təxribatlar törədir. Missiyanın tərkibi Azərbaycanın razılığı olmadan genişlənir. Ümumiyyətlə, Ermənistan anlamalıdır ki, bu missiyanın fəaliyyəti sülh prosesinə zərbə vurur. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir.

Sonda Nigar Məmmədova qeyd edib ki, bütün bu gərginliklər fonunda yeni Prezident Trampın dövründə Azərbaycan-ABŞ münasibətlərinin normallaşmasına ümidlər var. Belə ki, Prezident İlham Əliyev bu günlərdə yerli telekanallara müsahibəsində də bəyan etdi ki, “Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ona görə ümidlər böyükdür. Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri