Icma.az
close
up
RU
Bayden hakimiyyəti sülh yolu ilə Trampa ötürəcəyini deyib

Bayden hakimiyyəti sülh yolu ilə Trampa ötürəcəyini deyib

ABŞ prezidenti Co Bayden hakimiyyəti dinc yolla 2025-ci il yanvarın 20-də andiçmə mərasimi ilə yeni seçilmiş prezident Donald Trampa ötürəcək.

Bayden bunu ölkədəki prezident seçkilərinin nəticələrindən sonra həmvətənlərinə müraciəti zamanı deyib.

“Mən dünən seçilmiş prezident Trampa zəng edərək onu qələbəsi münasibətilə təbrik etdim və onu əmin etdim ki, bütün administrasiyamı hakimiyyətin dinc və nizamlı keçidini təmin etmək üçün onun komandası ilə işləməyə istiqamətləndirəcəyəm” – deyə o bildirib./APA

seeBaxış sayı:61
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri