Bayden Qəzza danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Co Bayden hesab edir ki, HƏMAS hərəkatının girovlarının azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı danışıqlarda irəliləyiş əldə olunub.
APA xəbər verir ki, o bunu cümə axşamı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz real irəliləyiş əldə edirik. Mən bu gün danışıqlar aparan şəxslərlə görüşdüm", - deyən Bayden Qəzzada saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsinə toxunaraq sözlərinə belə davam edib: "Hələ də ümid edirəm ki, məhbus mübadiləsi edə bilərik. Hazırda HƏMAS belə bir mübadilənin baş tutmasına mane olur. Ancaq mən inanıram ki, buna nail ola bilərik. Biz buna nail olmalıyıq".
Bu mövzuda digər xəbərlər:Vens İran danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
19 May 2026 23:34
İran ABŞ la nüvə danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
31 May 2025 15:14
Bayden Qəzza razılaşmasından DANIŞDI
15 Yanvar 2025 23:15
HƏMAS Qəzza zolağında atəşkəsə hazır olduğunu açıqlayıb
27 Noyabr 2024 10:51
Tramp Ukrayna münaqişəsinin həllində irəliləyiş olduğunu açıqlayıb
06 Fevral 2025 20:17
Baxış sayı:175
Bu xəbər 10 Yanvar 2025 06:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















