Tramp Ukrayna danışıqlarında böyük irəliləyiş olduğunu açıqladı
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması istiqamətində ciddi irəliləyiş əldə olunduğunu bildirib.
Tramp bu barədə Texas ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.
ABŞ lideri Ukrayna münaqişəsinin həlli ilə məşğul olan xüsusi nümayəndəsi Stiv Uitkoffun fəaliyyətini yüksək qiymətləndirib.
"Xüsusi nümayəndə Stiv Uitkoff böyük uğurlar qazanır. Təşəkkür edirəm, Stiv”, – Tramp vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl Vladimir Putinin Uitkoffla görüşündə Moskvanın noyabrın 10-dan sonrakı günlərdə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirdiyini açıqlayıb.
Onun sözlərinə görə, danışıqların əsas mövzusu Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin formalaşdırılması olacaq.
Uşakov Rusiya, ABŞ və Ukrayna arasında növbəti üçtərəfli görüşün Əbu-Dabidə keçirilə biləcəyini də istisna etməyib.
///teleqraf///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 28 Oktyabr 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















