Icma.az
close
up
RU
Baydenin dövründə başlayan RusiyaUkrayna müharibəsinin Trampın yeni dönəmində bitəcəyi gözlənilir

Baydenin dövründə başlayan RusiyaUkrayna müharibəsinin Trampın yeni dönəmində bitəcəyi gözlənilir

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Baydenin son zamanlar qəbul etdiyi qərarlar, Ukraynada gedən münaqişənin uzadılmasını istəyən hərbi sənaye komplekslərinin marağına işləyən müəyyən qüvvələr, Rusiyanın dərinliyinə raketlərin atılması ilə bağlı icazənin bu gün gündəmin əsas mövzularındadır. Trampın seçicilər qarşısında bu münaqişə ilə bağlı verdiyi vədlər Trampa seçkilər çox böyük köməklik göstərib. Dünya Trampın gəlişi ilə bu münaqişənin dayanacağını gözləyir.

Azərbaycanda bir atalar sözü var: "Cəhənnəmə gedən özünə yoldaş axtarar". Baydenin də yaşını nəzərə alsaq, gedənə yaxın belə qərarlar verir. Bəzən müəyyən yaşda olan adamlar ciddi qərarlar verərkən daha çox düşünürlər”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Ekspert qeyd edib ki, qərar hələ tam rəsmi şəkildə təsdiqlənməsə də, necə deyərlər “od olmayan yerdən tüstü çıxmaz”.

Şair Ramaldanov

“Bryanska atılan ATACMS raketləri ABŞ istehsalı olan raketlərdir. Bu raketlərin hədəfə doğru kosmik peyklərədən idarə edilməsi ABŞ mütəxəssisləri, hərbçiləri tərəfindən aparıla bilər. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin də öz münasibətini bildirib”-deyən hərbi ekspert vurğulayıb ki, bütün baş verənlər eskalasiyaya aparır.

Co Baydenin bu qərarının birmənalı qarşılanmadığını bildirən Şair Ramaldanov bildirib ki, bu qərar III Dünya Müharibəsinin reallaşmasına səbəb olacaq qərardır. Hərbi ekspertin fikrincə, bəzi məlumatlara görə artıq III Dünya müharibəsi başlayıb və Ukraynada, Yaxın Şərqdə müharibə gedir.

“50-dən artıq dünya ölkəsi Ukraynanı dəstəkləyir, hərbi yardımlarla edir, bu müharibədə mütəxəssislər gizli şəkildə iştirak edir, muzdlular da döyüşür. Hələ heç kim bilmir III Dünya Müharibəsi nədir, amma III Dünya Müharibəsinin elementləri, döyüşlərin bir neçə ölkənin ərazisində olması, bir neçə ölkənin cəlb edilməsi ilə həyata keçirilməsi III Dünya Müharibəsindən xəbər verir. Sadəcə bu hansı istiqamətdə inkişaf edəcək? Ya III Dünya Müharibəsi daha çox genişlənəcək, ya da bu müharibə masasına doğru gedəcək və danışıqlar yolu ilə səngiyəcək. Bunu da zamanla görəcəyik. Son verilən qərarlar - raketlərin Rusiya daxilinə hədəflənməsi və istiqamətlənməsi ilə bağlı narahatlıqlar var”-deyən Şair Ramaldanov bunun tam şəkildə həyata keçiriləcəyini düşünmür. Hərbi ekspert hesab edir ki, artıq ABŞ tərəfindən 300 km-ə qədər hədəf məhdudlaşdırılması, Kursk-Bryansk vilayəti istiqamətlərinə icazənin verilməsi və s. bu kimi məlumatlar dolaşsa da, əsas məqsəd Rusiyaya zərər vurmağa hədəflənib. Və bu məlumatların da nə qədər doğru olması sual altındadır...

Kursk-Bryansk istiqamətində raketlərin istifadəsi haqda Şair Ramaldanov düşünür ki, burada əsas məqsəd Ukrayna qoşunlarının Kurskdan çıxarılmasına maneə olmaq məqsədi daşıya bilər: “Eyni zamanda bu Trampın hakimiyyətə gəldikdən sonra Rusiyanın mövqeyini müəyyən məsələlərdə yumşaltmaq məqsədi də daşıya bilər. Digər məqsəd, Trampın “müharibəni saxlayacam” ifadəsinə görə, vəziyyəti pik həddə gərginləşdirmək və Donald Trampın bu addımı asan şəkildə atmasına mane olmaq ola bilər. Çünki Bayden Trampla görüşsə də, onlar daim rəqib olublar. Co Bayden dövründə daim Donald Trampa qarşı müxtəlif təzyiqlər, məsuliyyətə cəlb etmə cəhdləri də olub. Hətta Tramp seçkilərdə qələbə qazandıqdan sonra bəzi proseslər hələ də davam edir”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri