Icma.az
close
up
RU

Baydenin raketlərlə bağlı qərarı Trampın planını altüst etdi SİYASİ .ŞƏRHÇİ

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İki gün əvvəl ABŞ kəşfiyyatı Rusiyanın Kiyevə kütləvi raket hücumu barədə anons versə də, bu baş vermədi.

Əvəzində isə Ukraynanın Qərb istehsallı raketlərlə Rusiya ərazisinə zərbələrin davamını müşahidə etdik.

Siyasi şərhçi Kamran Cəfərov Gununsesi.info-ya açıqlamasında deyib ki, Baydenin hakimiyyəti Trampa təhvil verməsinə az qaldığı bir zamanda yeni siyasi situasiya yaranıb:

“Əvvala deyim ki, hamı Rusiyanın hücumunu gözləyirdi. Ancaq bu dəfə Ukrayna  USQ ATACMS-larla yox, Storm Shadow-larla zərbə endirdi. Zərbəni Kursk vilayətində yerləşən obyektə vurdular. Bəzi iddialara görə Rusiya Prezident administrasiyasına məxsus obyektdir. Yeni situyasiyada görünən isə budur.

Gördüyünüz kimi Rusiya rəsmilər o cümlədən Putin ABŞ, Böyük Britaniya və Fransanın son qərarından sonra əməlli-başlı isterikaya başlayıb. Putinin planı yanvarın 20-sinə qədər Kursk vilayətini tamamilə azad etmək, Donbasda hərbi təzyiqi və sürüşən irəliləməni təmin etmək və eyni zamanda Ukrayna ərazisini mütəmadi olaraq total raket zərbələrə məruz qoymaq idi. Təbii ki, Rusiya daha üstün tərəf kimi görsənməliydi, (Trampın seçkiqabağı strategiyasını xatırlayın) müşahidə olunmalı idi. Plan belə idi, amma ABŞ-ın raketlərlə bağlı qərarı bu planı alt-üst etdi, ona görə ki, Kurskda USQ-ni geri çəkindirmək üçün artıq qurulmuş hərbi, maddi-texniki təminat və loqistika infrastrukturları açıq hədəflərə çevriliblər.

Putin isterikadadır və bu çox ciddi hiss olunur, nədə?

– Nüvə doktrinasına dəyişikliklərin edilməsi qədər absurd bir şey görmədik, soruşun niyə? Biri var ki, Putin bu sənədi Dövlət Dumaya göndərsəydi, bəlkə hardasa başadüşülən olardı, indi isə elə çıxır ki, Rusiya SQ-nin Ali Baş komandanı özü öz addımlarını legitimləşdirmək üçün doktrinaya hansısa dəyişikliklər əlavə edir. Absurdun dibidir. İnfo məkanda gördük ki, guya Rusiya Ukraynanı qitələrarası raketlə vurmağa hazırlaşır. Əvəzində isə başqa şeyi gördük”.

Qərb mətbuatında Rusiyanın sülh şərtləri dərc olunduğunu deyən təhlilçi bildirir ki, bunlar  mümkünsüz və maksimal sərt tələblərdir: “Başqa sözlərlə Putin özünü güclü mövqedə göstərmək istəyir halbuki bu elə deyil və həmin şərtlərin yazıldığı kağızı büküb təyinatı üzrə istifadə edəcəklər. – Respublikaçılar Partiyasında Putinə xüsusi simpatiya ilə fərqlənənlər hay-küyə başlayıblar “ay aman dayanın, 3-cü dünya müharibəsi başlayır”. Bütün bunlar onu göstərir ki, Putinin planları alt-üst olur və o isterikadadır. Bizi həlledici 2 ay gözləyir”.

Afət Abbasova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri