Icma.az
close
up
RU
“Zelenski Trampın planlarının üzərindən qalın bir xətt çəkdi“ Siyasi şərhçi

“Zelenski Trampın planlarının üzərindən qalın bir xətt çəkdi“ Siyasi şərhçi

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ və Ukrayna liderləri arasında gərginlik artır. Trampın Zelenskini diktator adlandırması Kiyevdə narazılıqla qarşılanıb. ABŞ prezidenti həmçinin Rusiya-Ukrayna müharibəsinin uzanmasında Zelenski və ölkəsinin keçmiş prezidenti C. Baydeni günahlandırıb. Bəs Trampın Zelenski ilə bağlı sərt açıqlamalarına səbəb nədir? Vaşinqton və Kiyev arasında münasibətlərin gələcəyi haqqında ehtimal necədir? 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Moderator.az-ın suallarını cavablandırıb. 

 Onun sözlərinə görə, Trampın Zelenskiyə qarşı şəxsi münasibəti hələ illər əvvəldən dəyişib:

"Çünki Tramp birinci prezidentliyi dövründə, Zelenskidən Baydenin oğlunun korrupsiya əməlləri ilə bağlı ondan cinayət işinin istintaqının araşdırılmasını tələb edib. Ancaq Zelenski bundan imtina edib. Həmçinin O, Trampı deyil, Baydeni dəstəkləyib.

 İndi isə Trampın Zelenskini diktator adlandırması, onu ukraynalıların ölümündə günahlandırması, əlbəttə ki, bu beynəlxalq siyasətdə bir növ Amerikanın nüfuzuna ciddi zərər vurdu. Dünyanın yeni siyasi nizamı çox dəyişib. Ukraynanın taleyi Avropa dövlətlərindən asılıdır. Böyük Britaniya, Fransa və Almaniyanın verəcəyi qərarlar burada daha da həlledici rol oynayacaq. 

Yeni arxiv sənədləri ortaya çıxıb və Baris Yelsin hələ o vaxt Avropanı Amerika lideri H. Klintondan istəyib. İndi isə Putin də Avropanın şərqini Trampdan istəyir, tərəflər arasında müəyyən məsələlər var. Xüsusi ilə təsir zonasının formalaşması və onun bölüşdürülməsi istiqamətində.

Putin istəyir ki, Trampla sövdələşsin. Əlbəttə ki, əsas məsələ Ukraynadır. Ukrayna prezidenti Zelenski isə Ər-Riyad görüşünə çox ciddi şəkildə reaksiya verib". 

Siyasi şərhçi bildirib ki, Zelenski Trampın planlarının üzərindən xətt çəkib:

"ABŞ  Zelenskiyə təqdim etdiyi tərəfdaşlıq sazişi çərçivəsində Ukraynanın nadir torpaq minerallarının 50%-ni əldə etməyə çalışır. Təbii ki, Zelenski bu müqavilədən haqlı olaraq imtina edib. Çünki Tramp burada təhlükəsizlik təminatını Ukraynaya verməyib. Göründüyü kimi, artıq Zelenski Tramp ilə Putinin sövdələşməsinə qarşı bir mövqe ortaya qoyub və Trampın planlarının  üzərindən qalın bir xətt çəkib. Avropa liderləri də ədalətli şəkildə buna qarşı olaraq, Trampın Ukrayna ilə bağlı planını qəbul etməyəcəklərini vurğulayıblar.

D.Trampın Putini beynəlxalq izolyasiyadan çıxarması, bir növ qərb blokunun parçalanmasına gətirib çıxartdı".

Siyasi şərhçinin sözlərinə görə, Trampın Ukrayna siyasəti müsbət nəticə verməyəcək:

"Əlbəttə ki, Tramp Zelenskiyə qarşı təzyiqləri artırıb, Ukraynaya qarşı sanksiyalar tətbiq edə bilər. Trampa qarşı daxildə də müəyyən təzyiqlər formalaşa bilər. Avropa dövlətləri- Fransa, B.Biritaniya liderləri Vaşinqtona səfər edəcək və Ağ ev rəhbəri ilə danışıqlar aparacaqlar. Düşünürəm ki, Rusiya və Ukrayna müharibəsi daha da gərginləşəcək".

Pərvin Şakirqızı          

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Fevral 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri