Icma.az
close
up
RU
Baydensayağı demokratiya: prezident səlahiyytlərindən suiistifadə

Baydensayağı demokratiya: prezident səlahiyytlərindən suiistifadə

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Cozef Bayden iki cinayətdə günahlandırılan oğlu Hanter Baydeni əfv etməsi ABŞ ilə yanaşı dünya ictimaiyyətində də mənfi reaksiya doğurub.

Reputasiyası zədəli və narkoman kimi tanınan Hunter barəsində müxtəlif səpkili cinayət faktları ilə araşdırma aparılır. Ötən il isə məhkəmə onunla bağlı konkret ittiham üzrə qərar verib.

Dünya mediasında yer alan əksər fikirlər Baydenin səlahiyyətlərindən sui-istifadə və demokratik dəyərlərə və qanunazidd addım atması istiqamətindədir.

Millət vəkilləri, politoloqlar məsələni “Xalq Cəbhəsi”nə şərh ediblər.

Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, uzun müddət Azərbaycanda belə bir təsəvvür yaranmışdı ki, ABŞ başda olmaqla, Qərb ölkələri demokratiyanın beşiyidir, onların liderləri çox obyektiv, demokratik adamlardır, haqq-ədalət bu ölkələr üçün ən vacib xüsusiyyətdir: “Sonra zaman keçdikcə gördük ki, hər kəs öz maraqları çərçivəsində hərəkət edir. Bu ölkələrin istər dövlət siyasəti, istər onların rəhbərləri adətən öz konyuktur maraqlarına uyğun addımlar atırlar. Bayden də bir neçə dəfə populist şəkildə bəyan etmişdi ki, mən oğlumu əfv etməyəcəyəm. Amma müəyyən zaman keçdi, Bayden artıq hakimiyyətdən getmə ərəfəsindədir, ona görə də fürsətdən istifadə edərək öz oğlunu əfv edib”.

Deputat əlavə edib ki, biz son dövrlər Bayden və bu qəbildən olan digər siyasətçilərin fəaliyyətində belə ikili standartlar görməyə alışmışıq: “Ona görə də hesab edirəm ki, bu da Qərb liderlərinin nümayiş etdirdiyi ikili standartlardan bir nümunədir”.

“ABŞ hökuməti qanunun aliliyinə hörmətlə yanaşmır”

Milli Məclisin deputatı Azər Badamov söyləyib ki, hazırki ABŞ hökuməti demokratiyanı və insan hüquqlarının pozulmasını bəhanə edərək ölkələrə təzyiq göstərməyə çalışdığı halda, öz ölkəsində rəhbərlikdə olan şəxslərin vəzifəsindən sui-istifadə edərək qanunazidd hərəkətlərin edilməsi adi hal alıb: “Məsələn, erməni lobbisindən sifarişlər alan ABŞ senatorları aldığı maliyyələr hesabına ölkəmizə qarşı qarayaxmalar yağdırdığını müşahidə etmişik. O cümlədən ABŞ senatorlarının korrupsiya əməllərinə görə ittiham kürsüsünə çıxarıldığının da dəfələrlə şahidi olmuşuq. İndi isə Co Bayden prezidentlik səlahiyyətinin bitməsi ərəfəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz oğlunu əfv edir. Yəni dövlət rəhbərləri öz doğmasını asanlıqla məhkumluqdan qurtara bilir. Təbii ki, bu, ABŞ-də Co Bayden administarsiyasının əsl iç üzüdür. C.Baydenin öz oğlunu əfv etməsi ABŞ hökumətinin qanunun aliliyinə hörmətlə yanaşmadığını sübut etdi”.

“Nüfuzundan şəxsi mənafeyi üçün istifadə edib”

Milli Məclisin deputatı Müşfiq Cəfərov Baydenin oğlu Hanteri əfv etmək qərarının sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsi olduğunu deyib.

Deputat vurğulayıb ki, Prezident C.Bayden bazar günü axşam saatlarında oğlu Hanter Baydeni əfv edərək onu federal silah və vergi qanunları pozuntusu ilə əlaqədar mümkün həbs cəzasından qurtarıb: “Bundan öncə Bayden prezidentliyin bəxş etdiyi ali səlahiyyətlərdən öz ailə üzvlərinin mənafeyi naminə istifadə etməyəcəyinə söz vermişdi. 2020-ci ildə Bayden Delavar ştatında məhkəmə ilə üzləşən oğlunu əfv etməyəcəyini bildirmişdi. Görünən odur ki, cənab Bayden prezidentlikdən getməmişdən əvvəl səlahiyyəti və nüfuzundan şəxsi mənafeyi üçün istifadə edib”.

“Bu, qanunun aliliyi prinsipinə növbəti bir zərbədir"

Politoloq Sultan Zahidov vurğulayıb ki, bu, Bayden administrasiyası tərəfindən ABŞ demokratiyasına, qanunun aliliyi prinsipinə növbəti bir zərbədir: “Qeyd etmək lazımdır ki, təxminən 50 ildir siyasətdə olan Co Bayden bütün siyasi karyerası boyu dəfələrlə bəyanatlarında bildirmişdi ki, mən heç zaman ədliyyə orqanlarına müdaxilə etməyəcəm, hətta prezidentlik dövründə də bəyan etmişdi ki, öz oğlunu amnistiya etməyəcək, oğlu ilə bağlı məhkəmə prosesinə müdaxilə etməyəcək. Ancaq bununla belə o, öz vədinin üstündən xətt çəkərək belə bir addım atdı. Eyni zamanda, bu, sözsüz ki, ABŞ cəmiyyətini növbəti dəfə sarsıdan bir bəyanat oldu. Bayden çıxışında “ümid edirəm Amerika xalqı məni bir ata kimi anlayar”,-deyə bildirdi. Lakin reallıq bundan ibarətdir ki, prezidentin bu cür addım atmasına ABŞ cəmiyyətində də birmənalı yanaşılmır”.

Politoloq bildirib ki, hər şeydən əvvəl əsrlər boyu qanunun aliliyi prinsipini təbliğ edən, hətta digər dövlətlərə yeritməyə çalışan bir dövlətin prezidentinin öz səlahiyyətlərindən sui-istifadə edərək, oğlu barədə əfv qərarı verməsi istər-istəməz həmin prinsipin zədələnməsi deməkdir: “Bu da ABŞ-də növbəti dəfə demokratiya böhranının yaşanmasının işartılarıdır. Yeni prezident seçilən Donald Tramp bu addımı qeyri-qanuni və hüquqa zidd adlandırdı. Yalnız Tramp deyil, digər rəsmilər də bununla bağlı çıxış etdilər və həmin addımı ABŞ dövlətinin hüquqi, fundamental prinsiplərinə zidd bir addım kimi qələmə verdilər. Bu, bir daha onu göstərir ki, ABŞ hökuməti ilk növbədə öz daxilindəki problemlərə fokuslanmalıdır. Çünki ABŞ demokratiyası son zamanlar ciddi böhran keçirməkdədir. Həm qaradərililərə qarşı olan ayrıseçkilik, həm dövlətin siyasi instansiyalarının məhkəmə instansiyalarına müdaxiləsi davam edir. Eyni zamanda, ABŞ Konqresində qeyri-qanuni proseslər baş verməkdədir. Yəni ABŞ Konqresinin qaranlıq tərəfi son zamanlar ifşa olunmaqdadır. Bütün bunlar hamısı ABŞ demokratiyasının böhranla üzləşdiyinin bir rəsmidir”.

“Atdıqları addımlar beynəlxalq dəyərləri pozur”

Siyasi şərhçi Samir Hümbətov diqqətə çatdırıb ki, Bayden deyə bilər ki, bu, prezidentin səlahiyyətidir, ona görə həyata keçirib: “Amma bu, prezidentliyin səlahiyyəti olsa belə əgər bunu həyata keçirirsə, digər ölkələrdə qanuni və daha çox humanizm prinsiplərinə söykənən əfv qərarları ilə bağlı irad tutmamalıdırlar”.

S.Hümbətov vurğulayıb ki, əgər o, cinayətkardırsa, onun cəzası verilməlidir, həbsdə təyin olunan cəzanı tam olaraq çəkməlidir: “Düşünürəm ki, Bayden administrasiyası dünyaya hər nə qədər demokratiya, insan haqları dərsi keçməyə çalışsa da, amma reallıq budur ki, ABŞ hökumətinin atdığı addımlar nə demokratiyaya, nə də insan haqlarına uyğundur. Əksinə, bu addımlar beynəlxalq dəyərləri, haqları pozur. Əgər elə bir hal yaşayırlarsa, başqalarına da hər hansı bir formada irad tutmağa haqları yoxdur. Məncə bu cür qəbul etmək lazımdır. Çünki özü qanunsuzluqları edib digərlərinə göstəriş vermək məntiqə və qanuna sığan hərəkət kimi dəyərləndirilə bilməz”.

“Bu, vəzifədən sui-istifadədir”

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, C.Baydenin oğlu vergi cinayətlərində günahkar bilinirdi: “Bayden öz prezidentlik hüququndan istifadə edərək belə bir addım atdığını bildirir və buna qanuni don geyindirir. Əfvetmə təbii ki, prezidentin müstəsna səlahiyyətlərinə daxildir, amma bu, Baydenin bu addımı sözsüz ki, öz səlahiyyətlərindən sui-istifadə halıdır. ABŞ insan hüquqlarına, qanunun aliliyinə önəm verirsə, o zaman bu addım atılmamalı idi. Bu, əlbəttə, hüququn tapdanması, vəzifədən sui-istifadə edilməsidir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Dekabr 2024 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see319

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see141

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see131

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see127

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see124

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see124

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see123

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see120

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see119

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see119

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see116

Ayaks ın yetirməsi: Qarabağ a qarşı oyunun bizim üçün təhlükəli olduğunu düşünmürəm MÜSAHİBƏ

31 Avqust 2025 12:23see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri