Bayer 04 fransalı hücumçu Mussa Diabini heyətinə qatıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Almaniyanın "Bayer 04" klubu fransalı hücumçu Mussa Diabini heyətinə qatıb.
Bakıvaxtı.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan transfer olunan 27 yaşlı forvardla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Mussa Diabi 2019–2023-cü illərdə də "Bayer 04"də çıxış edib. Daha sonra İngiltərənin "Aston Villa" və Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandalarında oynayan futbolçu 2025-ci ildə Ciddə təmsilçisi ilə çempionluq sevinci yaşayıb.
Fransa yığmasının heyətində 11 matça çıxan M.Diabi "Bayer 04"ün şərəfini qoruduğu dövrdə 173 qarşılaşmada 49 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:162
Bu xəbər 01 Sentyabr 2026 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















