Icma.az
close
up
RU
“Bavariya” qaçır, “Bayer 04” qovur

“Bavariya” qaçır, “Bayer 04” qovur

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Turun mərkəzi oyunu elə açılış matçı idi.

"Football-plus.az" xəbər verir ki, “Borussiya” son çempiona qarşı oyundan öncə heyətlə bağlı çox ciddi problemlərlə üzləşmişdi. Faktiki bütün müdafiə xətti sıradan çıxmışdı. Əmrə Can, Anton, Bensebayni, Şlotterbek qripə yoluxmuşdusa, Zyule zədəli idi. Belədə Nuri Şahin müdafiənin mərkəzində əsl mövqeyi cinah olan Ryuyerson ilə təcrübəsiz Lürsü oynatmaq məcburiyyətində qaldı. Təsadüfi deyil ki, bu müdafiə xətti artıq 25-ci saniyədə qol buraxdı! Nəticədə “Bayer-04” ilk 19 dəqiqəyə 3 qol sığışdırdı. Komanda sonuncu dəfə bundesliqadakı səfər matçında ilk 19 dəqiqəyə 3 qolu 2000-ci ilin martında “Ulm” ilə qarşılaşmada (9:1) vurmuşdu. Bu 3 qolu buraxana qədər bir dəfə fərqlənməyə müvəffəq olan meydan sahibləri ikinci hissədə yalnız fərqi minimuma endirməyi bacardılar. Xabi Alonsonun komandası bundesliqada ardıcıl 6-cı, rəsmi oyunlarda isə ardıcıl 9-cu qələbəsini qazanaraq “Bavariya”nın təqibini davam etdirdi. Bundan başqa? “Bayer-04” bundesliqada səfərdəki məğlubiyyətsiz seriyanı 25 oyuna çatdırmaqla (19 qələbə, 6 heç-heçə) şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı.
Maraqlıdı ki, bu tur heç-heçə qeydə alınmadı. Şənbə günü keçirilən 6 oyundan 3-ü meydan sahiblərinin, 3-ü qonaqların qələbəsi ilə yekunlaşdı. “Ayntraxt” Marmuşun qolu ilə səfərdə debütant “Sankt Pauli”ni yenərək 5 oyunluq qələbəsiz seriyaya son qoydu. Əla növsüm keçirən və bir ayağı “Mançester Siti”də olan Marmuş “Ayntraxt”ın tarixində ilk 16 turda 14 qol vuran birinci futbolçu oldu! “Maynts-05”in autsayder “Bohum”u yendiyi oyunda hər iki qolu hesabına yazan Burkardt üçün də tur rekordla əlamətdar oldu. Belə ki, o, qollarının sayını 34-ə çatdırdı və Kərim Onisivonu (33) geridə qoyaraq “Maynts-05” tarixinin bundesliqada ən məhsuldar futbolçusuna çevrildi. Şteffen Baumqartın “Union”da debütü uğursuz alındı. Səfərdə “Haydenhaym”a boyun əyən paytaxt təmsilçisinin rəsmi matçlarda qələbəsiz seriyası 10 oyuna çatdı! “Volfsburq”a zəif mövsüm keçirən “Hoffenhaym”la səfər oyununda 3 xal üçün 1 qol kifayət etdisə, “Frayburq” evdə debütant “Holştayn” ilə oyunda sürprizə imkan vermədi. “Bavariya” üçün Münhenqladbax səfərləri, adətən, çətin keçir. Elə budəfəki oyun da istisna olmadı. Amma “Borussiya” həddən artıq müdafiəyəmeyilli taktika seçdiyindən qarşılaşma o qədər də baxımlı alınmadı. Matçın taleyini Keynin 2-ci hissənin ortalarında penaltidən vurduğu qol həll etdi. Meydan sahibləri yalnız son 10 dəqiqədə müdafiəni unudaraq irəli atıldılar. Münhen nəhəngi əks-hücumlarda inanılmaz fürsətləri boşa verdi. Amma oyunu 9 seyvlə tamamlayan “Borussiya”nın qapıçısı Nikolasın qəhrəmanlığı bir işə yaramadı. “Rekordmayster” bu önəmli qələbə ilə xal fərqinin azalmasına imkan vermədi.
Tura bazar günü keçirilən iki oyunla yekun vuruldu. Zədədən qayıdan Dəniz Undav dərhal fərqlənməklə “Ştutqart”a “Auqsburq” səfərində minimal hesablı qələbə qazandırdı. Turun ən məhsuldar oyunu “Red Bull Arena”da keçirildi. “Verder” Leyptsiqdə 2 qol vursa da, bu nəinki 3, heç 1 xal qazanmaq üçün də kifayət etmədi. Son 3 turda xal itirməyən “musiqiçilər”in seriyası qırıldı. Onu da bildirək ki, Xavi Simons “öküzlər”in heyətində 55-ci rəsmi oyunda ilk dəfə dubl etdi.
16-cı tur
Borussiya M – Bavariya 0:1

Keyn, 68-p. (54042)
Bavariya: Noyer, Laymer, Dayer, Kim Min Ce, Devis, Qoretska, Kimmix, Olise, Müller (Koman, 60), Sane (Qnabri, 73), Keyn.
Borussiya D – Bayеr-04 2:3
Gittens, 12. Girassi, 79-p. – Tella, 1. Şik, 8; 19. (81365)
Borussiya: Kobel, Kouto, Ryuyerson (Kempbell, 89), Lürs, Kabar (Zabitser, 78), Nmeça, Brandt, Adeyemi (Dyuranvill, 63), Gittens (Malen, 78), Bayer (Reyna, 78), Girassi.
Bayer-04: Qradetski, Mukiele, Tapsoba, Ta, İnkapye, Caka, Andrix, Frimponq (Artur, 88), Qrimaldo (Palasios, 89), Tella (Terrye, 74), Şik (Virts, 63).
Lеyptsiq – Verder 4:2
Simons, 23; 35. Şeşko, 47. Baumqartner, 90 – Vayzer, 26. Berk, 90+3. (47187)
Leyptsiq: Qulaçi, Nusa, Klostermann (Qeertruyda, 87), Zayvald, Orban, Raum (Baku, 65), Vermeeren, Kampl (Aydara, 75), Simons (Baumqartner, 65), Şeşko (Andre Silva, 87), Openda.
Sankt Pauli – Ayntraxt F 0:1
Marmuş, 32. (29546)
Ayntraxt: Trapp, Kristensen, Kollins, Kox, Teate, Braun (Tuta, 83), Skiri, Larsson, Götse (Knauff, 72), Ekitike (Höylunn, 72), Marmuş (Matanoviç, 86).
Auqsburq – Ştutqart 0:1
Dəniz Undav, 65. (30660)
Ştutqart: Nübel, Vaqnoman, Ruo, Şabo, Mittelştadt (Hendriks, 76), Karazor, Ştiller, Miyo (Larsen, 61), Fürix (Levelinq, 76), Voltemade (Keytel, 87), Demiroviç (Dəniz Undav, 61).
Frayburq – Holştayn 3:2
Remberq, 23. Günter, 38. Qrifo, 74 – Harres, 85; 90. (33700)
Haydenhaym – Union 2:0
Kratsiq, 17. Bek, 83. (15000)
Hoffеnhaym – Volfsburq 0:1
Amura, 29. (18114)
Maynts-05 – Bohum 2:0
Burkardt, 23; 69. (33000)
1. Bavariya 16 12 3 1 48-13 39
2. Bayer-04 16 10 5 1 40-23 35
3. Ayntraxt F 16 9 3 4 36-23 30
4. Leyptsiq 16 9 3 4 28-22 30
5. Maynts-05 16 8 4 4 30-20 28
6. Frayburq 16 8 3 5 24-26 27
7. Ştutqart 16 7 5 4 30-25 26
8. Borussiya D 16 7 4 5 30-25 25
9. Verder 16 7 4 5 28-29 25
10. Volfsburq 16 7 3 6 33-28 24
11. Borussiya M 16 7 3 6 25-21 24
12. Union 16 4 5 7 14-21 17
13. Auqsburq 16 4 4 8 17-33 16
14. Sankt Pauli 16 4 2 10 12-20 14
15. Hoffenhyaym 16 3 5 8 20-29 14
16. Haydenhaym 16 4 1 11 20-33 13
17. Holştayn 16 2 2 12 21-41 8
18. Bohum 16 1 3 12 13-37 6
Bombardirlər: Keyn (Bavariya) – 15, Marmuş (Ayntraxt F) – 14, Burkardt (Maynts-05) – 12, Şik (Bayer-04) – 11.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Yanvar 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri