Icma.az
close
up
RU
Bayer Leverkuzen Xabi Alonsodan cavab gözləyir

Bayer Leverkuzen Xabi Alonsodan cavab gözləyir

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

“Bayer Leverkuzen” klubunun rəhbərliyi Xabi Alonsodan mövsümün başa çatmasına qədər klubda qalıb-qalmayacağı ilə bağlı konkret qərarını bildirməsini tələb edir.

"Unikal" “Bild” qəzetinə istinadla xəbər verir ki, “Real Madrid”in baş məşqçisi vəzifəsinə əsas namizədlərdən hesab olunan X.Alonsonun “Bayer Leverkuzen”də fəaliyyətini davam etdirməsi məsələsinin qeyri-müəyyənliyi klubda və azarkeşlərdə də narahatlıq yaradır. Madrid təmsilçisi ilə rəsmi təmaslar olmasa da, növbəti mövsümə hazırlıq planları quran “Bayer Leverkuzen” rəhbərliyi mütəxəssisdən qərarını qısa müddətdə açıqlamasını tələb edir.

X.Alonso ilə Leverkuzen klubu arasında 2026-cı ilədək qüvvədə olan müqaviləyə əsasən, o, böyük bir kluba getmək istəsə, qarşılıqlı anlaşma ilə ayrılacaq. Lakin transfer haqqının on milyonlarla avro dəyərində olması nəzərdə tutulub.

İspaniyalı çalışdırıcının və məşqçi heyətinin klubdakı fəaliyyətinə dair qeyri-müəyyənlik artıq komandada da hiss olunur. Komandanın sonuncu inamlı oyunu martın 1-də “Ayntraxt Frankfurt” üzərindəki 4:1 hesablı qələbə olub. Klub son iki oyunda heç-heçə etməklə lider “Bavariya” ilə xal fərqini azaltmaq imkanını əldən verib.

X.Alonso klubun son çıxışları ilə bağlı açıqlamasında deyib: “Biz özümüzlə bağlı tənqidi davranırıq, amma bu, dramatik deyil. Futbolda dramatik reaksiya bəzən yanlış qərarlara səbəb olur. Hazırkı vəziyyəti qəbul etməli və qarşıdakı dörd oyunda daha yaxşı çıxış etməyə çalışmalıyıq”.

Qeyd edək ki, X.Alonso 2022-ci ilin oktyabrından “Bayer Leverkuzen”i çalışdırır. Onun rəhbərliyi altında uğurla çıxış edən klub ötən il ilk dəfə Almaniya çempionu və ikinci dəfə ölkə kubokunun qalibi adını qazanıb, UEFA Avropa Liqasının finalçısı olub. Hazırda ölkə kubokunda və UEFA Avropa Liqasında mübarizəni dayandıran komanda Bundesliqanın başa çatmasına dörd tur qalmış lider “Bavariya”dan 8 xal az toplayaraq ikinci sırada qərarlaşıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Aprel 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri