Icma.az
close
up
RU
“Bayer Leverkuzen” rəhbərliyi Xabi Alonsodan klubda qalıb qalmaması ilə bağlı qərar gözləyir

“Bayer Leverkuzen” rəhbərliyi Xabi Alonsodan klubda qalıb qalmaması ilə bağlı qərar gözləyir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Berlin, 22 aprel, AZƏRTAC

“Bayer Leverkuzen” klubunun rəhbərliyi Xabi Alonsodan mövsümün başa çatmasına qədər klubda qalıb-qalmayacağı ilə bağlı konkret qərarını bildirməsini tələb edir.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, “Real Madrid”in baş məşqçisi vəzifəsinə əsas namizədlərdən hesab olunan X.Alonsonun “Bayer Leverkuzen”də fəaliyyətini davam etdirməsi məsələsinin qeyri-müəyyənliyi klubda və azarkeşlərdə də narahatlıq yaradır. Madrid təmsilçisi ilə rəsmi təmaslar olmasa da, növbəti mövsümə hazırlıq planları quran “Bayer Leverkuzen” rəhbərliyi mütəxəssisdən qərarını qısa müddətdə açıqlamasını tələb edir.

X.Alonso ilə Leverkuzen klubu arasında 2026-cı ilədək qüvvədə olan müqaviləyə əsasən, o, böyük bir kluba getmək istəsə, qarşılıqlı anlaşma ilə ayrılacaq. Lakin transfer haqqının on milyonlarla avro dəyərində olması nəzərdə tutulub.

İspaniyalı çalışdırıcının və məşqçi heyətinin klubdakı fəaliyyətinə dair qeyri-müəyyənlik artıq komandada da hiss olunur. Komandanın sonuncu inamlı oyunu martın 1-də “Ayntraxt Frankfurt” üzərindəki 4:1 hesablı qələbə olub. Klub son iki oyunda heç-heçə etməklə lider “Bavariya” ilə xal fərqini azaltmaq imkanını əldən verib.

X.Alonso klubun son çıxışları ilə bağlı açıqlamasında deyib: “Biz özümüzlə bağlı tənqidi davranırıq, amma bu, dramatik deyil. Futbolda dramatik reaksiya bəzən yanlış qərarlara səbəb olur. Hazırkı vəziyyəti qəbul etməli və qarşıdakı dörd oyunda daha yaxşı çıxış etməyə çalışmalıyıq”.

Qeyd edək ki, X.Alonso 2022-ci ilin oktyabrından “Bayer Leverkuzen”i çalışdırır. Onun rəhbərliyi altında uğurla çıxış edən klub ötən il ilk dəfə Almaniya çempionu və ikinci dəfə ölkə kubokunun qalibi adını qazanıb, UEFA Avropa Liqasının finalçısı olub. Hazırda ölkə kubokunda və UEFA Avropa Liqasında mübarizəni dayandıran komanda Bundesliqanın başa çatmasına dörd tur qalmış lider “Bavariya”dan 8 xal az toplayaraq ikinci sırada qərarlaşıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri