Icma.az
close
up
RU
Bayram bitib: Bakının bəzəkləri niyə sökülmür?

Bayram bitib: Bakının bəzəkləri niyə sökülmür?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin ilk günlərini qarşıladığımız bu günlərdə şəhərimiz hələ də bayram “yolka”sı, işıqlı bəzəklər və yeni il atributları ilə diqqət çəkir.

Hər yer Yeni il atributları ilə bəzədilib, bayram ab-havası sakinlərin gözünü oxşamağa davam edir. Ənənəyə görə, şəhər yolkaları adətən yanvarın 13-dən sonra sökülməyə başlanır və tədbirlər yanvarın 14-nə qədər davam edir.

Bu isə bəzən maraq doğurur. Niyə “yolka” yanvarın 14-nə qədər şəhərdə qalır? Bayram dekorasiyalarının müəyyən müddət saxlanılmasının səbəbi nədir? 

“Cebheinfo.az” xəbər verir ki, bunun səbəbi həm mədəni, həm də tarixi ənənələrə əsaslanır. Bu, köhnə Yeni il və ya Pravoslav Yeni il ənənələrinə dayanır. Köhnə Yeni il və ya Pravoslav Yeni ili - Julian təqvimində Yeni ilin başlanğıcı kimi qeyd olunan qeyri-rəsmi ənənəvi bayramdır. 20-21-ci əsrlərdə köhnə Yeni il Qriqorian təqvimi ilə yanvarın 14-nə düşür. Julian təqviminə əsaslanan bu bayram Qriqorian təqviminin tətbiqindən sonra da bəzi ölkələrdə, o cümlədən Azərbaycanda, yanvarın 14-nə təsadüf edir.

Tarixi məlumatlara görə, köhnə təqvimlə qeyd olunan bayramlar hələ də Rusiya və bir sıra Şərqi Avropa ölkələrində pravoslav ənənələrinə uyğun olaraq qeyd edilir. Hindistanda da eyni gün Günəşin cənubdan şimala hərəkət etməyə başlaması ilə əlaqədar Makar Sankranti bayramı qeyd olunur. Bəzi Avropa və Şimali Afrika ölkələrində isə bu tarixlər regional təqvim fərqliliklərinə görə dəyişir. Məsələn, Şotlandiyada köhnə Yeni il yanvarın 12-də qeyd edilir,

Morayşirdə isə “Burning o’ the Clavie” mərasimi ilə yadda qalır. Tarixi kontekstdə isə Rusiya Respublikasında 1918-ci ildə qəbul edilmiş Qriqorian təqviminə keçid fərmanı da bu ənənələrin saxlanmasında rol oynayıb. Fərmana görə, rəsmi tarixlər Qriqorian təqviminə uyğunlaşdırılmış, lakin Pravoslav Kilsəsi Julian təqvimini istifadə etməyə davam etmişdir. Bu da insanların mədəni və dini baxımdan Yeni il atributlarını yanvarın ortalarına qədər saxlamasına səbəb olub. Beləliklə, şəhərlərdə bayram “yolka”larının və digər dekorasiyaların bir müddət sonra yığılmaması, sadəcə vizual estetik yox, həm də dərin mədəni və tarixi ənənələrin nəticəsidir. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri