Icma.az
close
up
RU
Bakının ən ucuz yarmarkalarında BAYRAM QİYMƏTLƏRİ

Bakının ən ucuz yarmarkalarında BAYRAM QİYMƏTLƏRİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Hər il Yeni ilə həsr olunan bayram yarmarkası bu il də təşkil olunub. Bayram yarmarkası hər zamanki kimi öz canlılığı ilə diqqət mərkəzindədir. Burada xeyli sayda yolka, Yeni il aksesuarları, suvenirlər, Yeni il hədiyyələri və digər məhsullar satışdadır. Bu il yarmarkada yeni məhsullar, fərqli dizayna malik Yeni il aksesuarları, həmçinin müxtəlif suvenirlər alıcıların marağına səbəb olub. Xüsusən də 2025-in "ilan" ili olması yarmarkaya öz ab-havasını qatıb. Bəs bunlarla bərabər yarmarkada keçən ilə nisbətən qiymətlərdə dəyişiklik varmı? Alıcılar qiymətlərdən razıdırmı? SİA yarmarkada satıcı və alıcıların fikirlərini öyrənib.

Satıcı Güllər Əhmədova: "Xeyr, bizim yarmarkada artım yoxdur. Yolka, aksesuarlar standart qiymətdə qalıblar. Bizə qeyri-adi oyuncaqlar gəlməyib, keçən ilki kimi şablon aksesuarlar və digər məhsullar yer alır. Yolkaların qiymətinə gəldikdə isə hər kəsin cibinə uyğun münasib qiymətlər var. 25-500 manata qədər yolkalarımızın qiyməti dəyişir. Alıcılar isə bizdən hər zaman razı olublar. Satışa gəldikdə isə 70 faiz məhsullarımızı sata bilirik".

Satıcı Nəsim Mamedov: "Yeni il qabağı yarmarkada keçən ilə nisbətən qiymətlərdə dəyişikliklər var, amma belə çox deyil. Hardasa məhsullar 1-2 manat fərq var. Yarmarkaya da yeni aksesuarlar gəlib. Suvenirlərin qiyməti 3-30 manat, kiçik ölçülü yolkaların qiyməti isə 10-15 manat arası dəyişir".

Satıcı İbrahim Xasməmmədov: "Keçən ildən bu yana artımlar mövcuddur. Demək olar ki, xaricdən gələn bütün məhsullarımızda keçən il aldığımız qiymətdən iki qatına qədər artım olan məhsullarımız var. Hətta keçən il satdığımız qiymətə bu il həmin məhsulları alırıq. Hal-hazırda ölkədə bayramdır, təbii ki, hər kəs çalışır ki, öz övladına ən yaxşısını etsin. Əli gəlməyə-gəlməyə pulunu verən müştərilər görmüşəm. Bizim yarmarkada yeniliklər çoxdur".

Alıcı Elçin Səlimov: "Hələki Yeni il bazarlığı etməmişəm. Qiymət hər kəs bilir ki, bahadır. Keçən il bayram qabağı alış- veriş edəndə bilirdik ki, qiymətlər necədir. Lakin bu il hələ etməmişəm deyə, keçən ilə nisbətən qiymətlərin dəyişib-dəyişmədiyini bilmirəm. Onsuz hər il qiymətlər qalxır. Yeni ili isə ailəmlə keçirəcəm".

Alıcı Mehriban Bəkirova: "Qiymətlər bahadır, ala bilmirik. Demək olar bütün məhsullar bahadır.Yolkaların qiymətindən də razı deyiləm. Bu il hər şey baha olduğu üçün heçnə almamışam. Qiymət keçən ilə nisbətən çox bahadır. Yeni ildə istirahət etməyə imkan yoxdur".

Alıcı Aynurə Cəfərova: "Çeşidlər çoxdur, qiymətlər də başqa yerlərə nisbətən yaxşıdır, amma yenə də büdcəyə görə bahadır. Burada qiymətlər başqa yerə görə bahadır, lakin yenə də azərbaycanlı büdcəsinə görə çoxdur. Bu il çox qəşəng aksesuarlar, yolkalar, oyuncaqlar var. Aksesuarlar almışam, amma yolka varımdı deyə qiymətləri ilə maraqlanmamışam. Yeni ili isə ailəmlə evdə, yaxud restorana gedərək qeyd edərik".

Alıcı Nəcibə Səfərova: "Yeni il yarmarkasında qiymətlərdən razıyam, hər şey normaldır. Elə də dəyişiklik yoxdur, ancaq "İlan ili" ilə əlaqədar oyuncaqlar var, qalan hər şey eynidir. Keçən ilə nisbətən qiymətlər eynidir. Yeni il aksesuarları almışam. Yeni il əsas uşaqlar üçündür, onlar şənlənməlidir, nəvələrimiz üçün yaşayırıq. Yarmarkanı gəzib nəvələrim üçün hədiyyələr almaq istiyirəm, bayram axşamı sürpriz edəcəm".

Qeyd edək ki, yarmarkanı gəzdiyimiz müddətdə orda olan insanların fikirlərini öyrəndik. Qiymətlər kimisi üçün normal, kimisi üçün də bahadır. Lakin ümumi nəticəyə gəldikdə keçən ilə nisbətən bu il həm qiymətlərdə artım, həm də yeni və qeyri- adi aksesuarların gəldiyini müşahidə edirik.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Dekabr 2024 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri