Icma.az
close
up
RU
Bayram ərəfələrində qiymətlər artırılır DEPUTATDAN ETİRAZ

Bayram ərəfələrində qiymətlər artırılır DEPUTATDAN ETİRAZ

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


"Bayramlarda aztəminatlı təbəqəni düşünmək təkcə ticari yox, həm də mənəvi məsələdir. Qiymət artımından yox, dövriyyədən daha çox qazanmaq ola".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Əli Məsimli deyib. O bildirib ki, bu üsulla həm malsatanlar əlavə gəlir götürmək, həm də qiymət münasib olanda əhalinin, aztəminatlı təbəqənin çox hissəsi bayram süfrəsi açmaq imkanı əldə edirlər:
"Əksər ölkələrdə daha çox qazanmaq üçün qiyməti artırıb dövriyədə itirmək yolundan yox, qiyməti aşağı salıb dövriyyədən qazanmaq yolunu seçirlər. Bəlkə qiymətləri davamlı olaraq qaldıranlar heç olmasa bayramdan-bayrama bu barədə də düşünsün...
Bu ilin əvvəllərindən havaların qarlı-şaxtalı keçməsi yenilqabağı qiymət artımlarınn üstünə əlavə qiymət artımları da gətirdi. Bir sıra mal, məhsul və xidmətlərin qiymətlərində artım davam etdi və həm də qiymətlər nəzərəçarpacaq dərəcədə artdı. Əgər rəsmi statistika 2024-cü ildə inflyasiyanın 2,2 faiz olduğunu göstərirdisə, 2025-ci ilin yanvar ayının 2024-cü ilin eyni ayına nisbətən 5,4 faiz olduğu bildirilir. Bu artımın nisbətini göstərməkdən ötrü əlavə məlumat üçün qeyd edək ki, rəsmi statistikaya görə, 2024-cü ilin yanvar ayı 2023-сü ilin yanvar ayına nisbətən inflyasiya 1,7 faiz səviyyəsində müəyyən edilib. Ərzaq məhsullarınn qiymətlərində 5 faiz artım göstərilsə də, əslində gündəlik tələbat mal və məhsullarının qiymətləri daha sürətl artmaqda davam edir. Rəsmi statistikaya görə, bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq məhsullarının, uşaq qidası üçün quru süd qarışığının, kərə, günəbaxan və qarğıdalı yağlarının, süfrə marqarininin, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, ağ kələmin, göyərtinin, xiyarın, pomidorun, şirin bibərin, balqabağın,sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə əsasən makaronun, təzə balığın, yumurtanın, portağalın, bananın, yerkökünün qiymətlərində müşahidə olunub. Belə yüksək qiymətlər hələ bir müddət, yəqin ki, mövsümü amillərin qiymət artımına əks təsiri başlayana qədər davam edəcək. Bundan əlavə Novruz Bayramı ərəfəsində bir sıra məhsulların qiymətləri daha da artacaq. Bu,əhalinin aztəminatlı təbəqəsi üçün əlavə xərclər yaradacaq və onların bayram süfrəsi aşmağı imkanlarını məhdudlaşdıracaq".
Deputat qeyd edib ki, bir sıra ölkələrdə bayramlar ərəfəsində qiymətlər xeyli aşağı salınır:
"Bizdə isə bayram ərəfələrində qiymətlər bir qayda olaraq daha da qaldırılır. İstisna kimi bir sıra mallara bayram endirimləri edilir. Məsələn, Bakıda "Kənddən şəhərə" Novruz yarmarkası fəaliyyətə başlayıb. Fermerlər öz məhsullarını özləri birbaşa satışa çıxarır. Bu qiymətin müəyyən qədər aşağı olmasına şərait yaradır. Amma bu, bir sıra ölkələrdə olduğu kimi kütləvi xarakter daşımır. Bu cür endirimlər kütləvi surətdə əsas tələbat mal və məhsullarını tam və real tələbat fonunda geniş kəmiyyətdə əhatə eləmir. Həmin endirimlərin bir hissəsi real endirimdir. Real endirim edənlərə sayğılarımızı bildiririk. Amma dükan-bazarların çoxunda belə endirimlərin xeyli hissəsi alıcını çaşdırmaq və aldatmaq məqsədi, manupulyasiya xarakteri daşıyır. Yəni, məsələn, qiyməti ən çoxu 15-20 manat olan malın qiyməti əvvəlcə süni surətdə 50 manat elan edilir və sonra 30-40 faiz “şok endirim” reklamı ilə 15-20 manat əvəzinə 35-40 manata təklif edirlər.
Əziz bayramımız-Novruz bayramına sayılı günlər qalır. Bayramlarda aztəminatlı təbəqəni düşünmək sadəcə ticari yox, həm də mənəvi məsələdir. Amma biz bunu dedikdə sadəcə qiymətləri aşağı salıb əhaliyə güzəştlər edilməsini təklif etmirik. Heç bunu ummuruq da. Qiyməti davamlı olaraq artırmaqla məşğul olanlar bunu etmək istəsəydilər, bir sıra ölkələrdə artıq uzun illərin ənnənəsinə çevrilmiş bayramqabağı genişmiqyaslı həqiqi endirim kampaniyasını bizdə də çoxdan tətbiq edərdilər. Ona görə də təklif edirik ki, bir sıra ölkələrdə olduğu kimi bizdə də bayram ərəfələrində qiymətlərin aşağı salınması ənənəsini yaratmaq istiqamətində addımar atılmağa başlanılsın. Bu zaman mal satan əslində alıcıya heç də güzəşt eləmir. Çünki qiyməti aşağı salıb, dövriyyəni genişləndirməklə qiymət artımı hesabına qazandığından daha çox qazana bilər. Bunu sadə bir hesablama əsasında izah etmək istərdik ki, mal satan satdığı mal və məhsulun 1 vahidini 10 manata satanda toplam 100 vahid satıb 1000 manat qazanırsa, qiyməti 12 manata qaldıranda, ödəniş qabiliyyətli tələb aşağı düşdüyündən, 100 vahid yox, 60-70 vahid sata bildiyindən, nəticədə 1000 manat yox, 720-840 manat qazana bilir. Qiyməti məhsulun hər vahidinə görə 10 manatdan 8 manata endirdikdə isə malsatanlar dövriyyəni artıra və 100 vahid yox, 140-150 vahid mal sata bilir və bu yolla 840 manat əvəzinə 1200 manat qazana bilər".
Əli Məsmli qeyd edib ki, əksər ölkələrdə daha çox qazanmaq üçün qiyməti artırıb dövriyədə itirmək yolundan yox, qiyməti aşağı salıb dövriyyədən qazanmaq yolunu seçirlər:
"Ona görə də biz mal satanlara qiymət artımından yox, dövriyyədən daha çox qazanmağın mümkün olması barədə çağırışı etmək istəyirik. Bu yolda malsatan qiymət endirimindən ziyana düşmür, əksinə əlavə qazang əldə edə bilir. Eyni zamanda həm də qiymət aztəminatlı təbəqənin ödəmə qabiliyyətinə münasib olanda əhalinin aztəminatlı təbəqəsinin çox hissəsi bayram süfrəsi açmaq imkanı əldə edirlər. Bax, buna görə deyirik ki, bayramlarda aztəminatlı təbəqəni düşünmək təkcə ticari yox, həm də mənəvi məsələdir. Bəlkə qiymətləri davamlı olaraq qaldıranlar heç olmasa bayramdan-bayrama bu barədə də düşünsünlər".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Mart 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri