Icma.az
close
up
RU
Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin sabiq kapitanı Flavinyo Apasport.az saytına müsahibə verib.

- “Neftçi” 8 turdan sonra cəmi 9 xalla 9-cu pillədə qərarlaşıb. Bakı təmsilçisinin bu cür çıxışını necə dəyərləndirirsən?
- Təbii ki, başqa sözlər demək istərdim. Amma təəssüf ki, “Neftçi” üçün yenə uğursuz il başlayıb. Əlbəttə, fərqli olmasını arzulayırdım. Ancaq mövsümə yaxşı start verilməyib. Ümid edək ki, bundan sonra vəziyyət düzələcək.

- Səncə, “Neftçi”də hazırda çatışmayan əsas məqam nədir? Niyə komanda qalib gələ bilmir? Klub çempionatda cəmi bir qələbə qazanıb…
- Dediyim kimi, gözləntilər fərqli idi, amma hazırda başqa nəticələr görürük. Bilmirəm, komandada və ya klubda nə baş verir ki, bu cür nəticələr yaranır. Ümid etməkdən başqa yol yoxdur.

- “Neftçi” Kamerun millisinin hücumçusu Vensan Abubakarı transfer edib. Bu keçidi necə qarşıladın?
- Abubakarın gəlişi çox yaxşıdır. Hər halda, klub əla futbolçu transfer edib. Düşünürəm ki, onun gətirilməsi çox düzgün addımdır. Bu, komandaya böyük mənəvi ruh verəcək. Çempionlar Liqasında titullar qazanan və orada oynamış futbolçunun komandaya xeyir verməsi gözləniləndir. Yaxşı oyunçu qrupu və peşəkar məşqçi heyətindən çox şey asılıdır.

- Vensan Abubakar sonuncu dəfə altı ay əvvəl “Hatayspor”da oynayıb. Klubsuz idi, amma millidə çıxış edirdi. Səncə, Abubakar “Neftçi”də uğurlu olacaq?
- Abubakarı tanıyıram, təbii ki, hamımız onu izləmişik. Dediyim kimi, yaxşı futbolçudur, Kamerun millisində də oynayır. Ümid edirəm ki, “Neftçi”yə xeyir verəcək.

- Vaxtilə Emil Mpenza da “Neftçi”də oynamışdı. Ondan gözləntilər yüksək idi. Səncə, o, lazımi qədər xeyir verə bildimi? Mpenza ilə Abubakarı müqayisə etmək olarmı?
- Mpenza haqda hamı bilir, o, çox yaxşı klublarda oynamışdı. Amma Mpenzanın yer aldığı “Neftçi” də yaxşı komanda idi. Klub da ona kömək etdi. Qarşılıqlı anlayış və yardımlaşma sayəsində biz çempionluq yaşadıq.

- Səncə, “Neftçi”yə yeni Flavinyo lazımdır? Ola bilərmi ki, komandada yeni Flavinyo çatışmır?
- “Neftçi” ilə danışmışdıq ki, geri qayıdıb komandaya kömək edim. Amma təəssüf ki, sonda bu danışıqlar dayandı… “Neftçi”nin klubu inkişaf etdirəcək bir çox strategiyaları var. Hər şeyin yaxşı olacağına ümid edirəm.

Danışılmış oyunlarla bağlı seminar keçirilib - FOTO Azərbaycan I Liqasında VI tura yekun vurulub I Liqada ötən ayın ən yaxşı qolunun müəllifi mükafatlandırılıb Günün oyunları bu kanallarda "Araz-Naxçıvan"ın ÇL oyunlarına təyinatlar açıqlanıb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://apasport.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri