Icma.az
close
up
RU
Bayram fişəngləri əyləncə, yoxsa təhlükə? Atəşfəşanlıq yanğına çevrilə bilər!

Bayram fişəngləri əyləncə, yoxsa təhlükə? Atəşfəşanlıq yanğına çevrilə bilər!

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Yeni il və digər bayramlar həm əyləncə, həm də sevinc mənbəyi olsa da, bu günlərdə insanların təhlükəsizliyini və ətraf mühiti qorumaq baxımından müəyyən risklər ortaya çıxır. Xüsusilə, bayramlar zamanı fişənglər və digər atəşfəşanlıq vasitələri geniş istifadə olunur. Fişənglərin parlaq işıqları, səsi və rəngarəng vizual effekti bayram abu-havasını artırsa da, onlardan təhlükəsiz və məsuliyyətli istifadə olunmaması ciddi problemlər yarada bilər.

Birincisi, fişənglərin istifadəsi yanğın təhlükəsi yaradır. Quru otlar, binalar, avtomobillər, park və bağ sahələri kimi yanıcı materialların yaxınlığında atılan fişənglər gözlənilməz və sürətlə yayılan yanğınlara səbəb ola bilər. Bu, yalnız maddi ziyanla nəticələnmir, həm də insanların həyatı üçün ciddi risk təşkil edir. Yanğın nəticəsində evlər, avtomobillər və ictimai ərazilər zərər görə bilər, bəzən isə insan və heyvan itkisi ilə nəticələnə bilər. 

Bayram əyləncəsi bir anlıq olsa da, yanğın və ya digər fəsadların təsiri uzun müddət davam edə bilər.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Əlibala Əlizadə Avtosfer.az-a bildirb ki, pirotexniki vasitələrdən, yəni fişənglərdən istifadə yanğın təhlükəsini artırır: “Bununla yanaşı, pirotexniki vasitələrin mülki dövriyyəsi qanunla qadağa olunur. Vaxtilə pirotexniki vasitələrdən istifadə nəticəsində baş vermiş yanğın hallarını xarici ölkələrdən nümunə göstərdiyimiz halda artıq təəssüflər olsun ki, son illər ölkəmizdə də bu cür analoji hadisələrin baş verdiyini müşahidə edirik. Bəzi sahibkarlar tərəfindən qapalı məkanlarda, bayram və toy şənliklərində müştərilərə açıq alovla nümayiş etdirilən şou proqramlar təklif olunur. Sözügedən hallar yanğın təhlükəsizliyi baxımından yolverilməzdir. Belə faktlar aşkar olunduqda məsul şəxslər barəsində qanunvericiliyin tələbləri çərçivəsində inzibati qaydada tədbirlər görülür. İnsanların həyat və sağlamlığına zərər dəydiyi halda isə həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Vətəndaşlardan pirotexniki vasitələrdən istifadə etməmələri və qapalı məkanlarda açıq alovla müşahidə olunan tədbirlər təşkil etməmələri tələb olunur”.

Bəs görəsən fişənglərin istifadəsi ekoloji baxımdan necə qiymətləndirlir? Ekoloq Fikrət Cəfərov hesab edir ki, fişənglər ekologiyaya o qədər də böyük zərər vermir: “Fişənglərin atılması bayram şənliyinin ayrılmaz bir hissəsidir. İnsanlar demək olar ki, ömür boyu fişənglərdən istifadə ediblər və ümumiyyətlə, belə baxanda, fişənglər insanın ruhunu təmizləyir və sevindirir. Həmçinin, həmin maddələr yananda o qədər də böyük miqdarda toksiki maddələr buraxmırlar. Onlar yanır və hər il dövlət tərəfindən böyük atəşfəşanlıq təşkil olunur. Bakının bir çox hissəsi bulvarda toplanır, insanlar bir-birilərini təbrik edir, arzularını paylaşırlar.
Aydındır ki, təyyarələr ilə uçuş zamanı atmosferə çox miqdarda maddələr, istixana qazları və toksiki maddələr atılır. Lakin bu gün təyyarələrin istifadəsinin tamamilə qarşısını almaq mümkün deyil. Bu səbəbdən mən hesab edirəm ki, fişənglərin istifadəsi məsələsini müzakirə etmək o qədər də vacib deyil”.

Nurcan Babək

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Dekabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see259

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri