Mopedlər əyləncə vasitəsindən ciddi nəqliyyat vasitəsinə çevrilə bilərmi? EKSPERT DANIŞDI
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Son dövrlərdə mopedlər, skuterlər və elektro-sikletlərin sayının artması qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsini zəruri edib. Ötən il bu istiqamətdə bir sıra dəyişikliklər həyata keçirildi – həm yol hərəkəti haqqında qanunda, həm də inzibati xətalar məcəlləsində. Bu il isə birbaşa mopedlərlə bağlı yol hərəkəti qanununda yeniliklər tətbiq olunub”.
Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
O bildirib ki, artıq moped idarə edən şəxslər üçün dövlət nömrə nişanı əldə etmək və sürücülük vəzifəsini yerinə yetirmək məcburidir:
“Gələcəkdə isə əgər bu sahədə yeni dəyişikliklərə ehtiyac yaranarsa, qanunvericilik yenidən nəzərdən keçiriləcək.
Hazırda elektro-sikletlər və mopedlər Bakı şəhərində geniş yayılmayıb. Əvvəllər bu vasitələr əsasən əyləncə və idman məqsədləri üçün istifadə olunurdu, nəqliyyat vasitəsi kimi geniş tətbiqi yox idi. Lakin zamanla tələblər dəyişir və bu növ nəqliyyat vasitələrinin sayı artarsa, qanunvericilikdə uyğun düzəlişlərin aparılması zəruridir. Bu, həm istifadəçilərin təhlükəsizliyini təmin etmək, həm də qayda pozuntularına qarşı müvafiq tədbirlər görmək baxımından vacibdir”.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 Mart 2026 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















