Bayram günlərində təcili yardıma 9 mindən çox müraciət daxil olub
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Bayramla əlaqədar qeyri-iş günlərində (27-31 may) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə 27-31 mayda 9592 çağırış daxil olub.
Qeyd olunub ki, bu çağırışlardan 899 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Bakı şəhəri üzrə ən çox müraciət mayın 28-də qeydə alınıb. Belə ki, müraciət sayı 2061, hospitalizasiya olunanların sayı 190 nəfər təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji və respirator xəstəliklər və s. ilə bağlı olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 01 İyun 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















