Bayram günlərində təcili tibbi yardım xidmətinə rekord sayda müraciət daxil olub
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Bayramla əlaqədar tətil günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bakıvaxtı.az TƏBİB-dən aldığı məlumata görə, xəbər verir ki, Respublika üzrə təcili tibbi yardım xidmətinə qeyri-iş günlərində (31.12.2025 - 04.01.2026-cı il tarixlərində) ümumilikdə 27 779 çağırış daxil olub. Onlardan 14 449-u paytaxt Bakı, 13 330-u isə bölgələr üzrə qeydə alınıb.
Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2026-cı il tarixində Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 05 Yanvar 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















