Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? Misir Mərdanov danışdı
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, 5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.
Beynəlxalq Müəllimlər Gününün qeyd edilməsinə dair qərarı ilk dəfə 5 oktyabr 1966-cı ildə YUNESKO verib. Həmin vaxt təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. Azərbaycanda bu əlamətdar gün Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1993-cü ildən qeyd edilir.
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, keçmiş təhsil naziri Misir Mərdanov AZXEBER.COM-a açıqlamasında deyib ki, Müəllimlər Günü ən böyük bayramlardan biridir:
"Səhərdən müəllimləri təbrik edir, müəllimlərdən də təbriklər alırıq. Müəllimlər Günü həm Azərbaycan, həm də dünyanın bütün ölkələri üçün ən böyük bayramlardan biridir. Hər kəsin qazandığı uğurda müəllimin əməyi var. Azərbaycanın bütün müəllimlərini təbrik edir, onlara cansağlığı arzulayıram. Ulu Öndər Heydər Əliyev demişdi: "Mən dünyada müəllimdən yüksək ad tanımıram””.
Misir Mərdanov müəllimlərə hədiyyə verilib-verilməməsinə də münasibət bildirib. O qeyd edib ki, müəllimi təbrik etməyə heç kəsi məcbur etmək olmaz:
"Əgər kimin imkanı varsa və müəllimini ürəkdən təbrik etmək istəyirsə, niyə də olmasın? Amma müəllimi təbrik etməyə heç kəsi məcbur etmək olmaz. Bu zaman bu, hədiyyə yox, başqa şey olur”.
Şahanə Ziyad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 05 Oktyabr 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















