Icma.az
close
up
RU
Misir Mərdanov elmi sessiyada Kaşğari Fondunun fəaliyyətindən danışdı

Misir Mərdanov elmi sessiyada Kaşğari Fondunun fəaliyyətindən danışdı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən Elmi sessiyada akademik Misir Mərdanov Mahmud Kaşğari adına Beynəlxalq Fondun fəaliyyətindən danışıb.

Globalinfo.az onun çıxışını təqdim edir:

“Hörmətli konfrans iştirakçıları!

Artıq bir neçə dəfədir ki, hörmətli millət vəkilimiz Cavanşir Feyziyevin rəhbərlik etdiyi Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşəbbüsü ilə keçirilən kofranslarda, elmi sessiyalarda, təqdimatlarda iştirak edirik. Kaşğari Fondu uzun illər idi mövcud idi, mənim xatirimə hörmətli Anar müəllimin Fonda rəhbərlik etdiyi illər gəlir. Söz vaxtına çəkər, elə ötən ilin bu vaxtında Anar müəllim Fondun rəhbərliyini Cavanşir müəllimə həvalə elədi.

Yaddaşım məni yanıltmırsa,  keçən ilin bu vaxtı Mədəniyyət kanalından izləyirdim həmin proqramı; Kaşğari Fondunun rəhbərliyi estafetinin Cavanşir müəllimə təqdim olunduğu tədbirdə çıxış edən yoldaşlar həm də hörmətli deputatımızı Şimali Kipr Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri təyin olunması münasibətilə təbrik edirdilər. Deməli, bu bir ilin ərzində Cavanşir müəllim millətin vəkili olmaqla bərabər həm də üzərinə düşən bu iki missiyanı ən yüksək səviyyədə hasilə gətirdi.

Yeri gəlmişkən deyim ki, dövlətimizin başçısı cənab İlham Əliyevin təşəbbüsü və Parlamentimizin Sədri, hörmətli xanım spiker Sahibə Qafarovanın sədrliyi ilə Azərbaycan Parlamentinin qərarıyla yaradılan Azərbaycan – Şimali Kipr Türk Cumhuriyyəti Parlamentlərarası Dostluq qrupunun ŞKTC üçün göstərdiyi mənəvi dəstək müqayisə olunmazdır. İllər uzunu Qarabağ bizim necə qanayan yaramız olubsa, Şimali Kipr də bizdən ötrü elədir. Kiprin cənub tayında səfirliyini açıb bayrağını qaldıran digər türk qardaşlarımızın addımı dövlətimizin rəhbərindən tutmuş parlamentimizin nümayəndələrinə qədər, cəmiyyətimizin təhsil işçilərinə, siyasət və bilim insanlarına qədər hamımızı tədirgin elədi.

Belə bir həssas ərəfədə Kaşğari Fondunun təşəbbüsü ilə “Rauf Denktaşın həyat amalı, arzusu, ümidi – Kuzey Kıbrıs” eqidası altında beynəlxalq konfrans keçirməsi, bu təəssübkeşliyi elmi camiəmiz tərəfindən çox yüksək qarşılandı.

Keçirdikləri tədbirlərdə müntəzəm iştirak etdiyim üçün apardığım müşahidələrimdən mübaliğəsiz deyə bilərəm ki,  ötən bir il ərzində Fond rəhbərliyi və heyəti sanki möcüzə kimi işlədi. Sizin hər birinizə nə qədər Qeyri Hökümət Təşkilatlarının, İctimai Birliklərin adları məlumdur. Hər bir qurumun fəaliyyəti də göz önünddir. Gəlin, səmimi şəkildə etiraf edək ki, Kaşğari Fondu sanki Akademiyanın bir İnstitutunun gördüyü iş səviyyəsində işlər ortaya qoydu. Bu görülən işlərin böyük qismi elmi-tədqiqat səciyyəsi daşıyır.

Fondun layihəsi əsasında 20-dən çox kitab gün üzünə çıxıb ki, bu kitabların içində həm ali məktəb dərsliyi, həm tərcümə, həm sənədli əsərlər var. Türkiyə və Qırğızıstan Milli Kitabxanalarında Kaşğari Fondunun nəşrlərindən ibarət məxsusi guşə yaradılıb. Kaşğari Fondu təkcə Qarabağa 3 min kitab göndərib ki, bu kitabların böyük əksəriyyətini riyazi analiz, ali cəbr, həndəsə, fizika, elektronika, energetika, mental arifmetika, dil, tarix, coğrafiya, Azərbaycan və dünya ədəbiyyatı kitabları təşkil edir. O siyahını əvvəldən sona kimi mən incələmişəm.

Cavanşir Feyziyevin maarifpərvərliyinə, necə məktəblər tikdirdiyinə, ucqarlardakı məktəblərdə belə elmi-texniki avanlıq təchizatına həssas təşəbbüs göstərməyinə, tələbələrin ali təhsil ala bilməyindən ötrü nə qədər şərait yaratmağına mən təhsil naziri olduğum dövrdən yaxşı bələdəm. Cavanşir müəllim bir çiynində Hacı Zeynalabdin Tağıyevin, bir çiynində Mirzə Fətəli Axundovun missiyasını daşıyan əsl vətəndaş ziyalıdır.

Rəhbərliyi elədiyi Kaşğari Fondunun Zəfərimizin memarı olan vətən oğullarından ötrü hər ay silsilə anım tədbirləri keçirməsi, şəhid həkimləri, şəhid jurnalistləri, şəhid xanımları, şəhid müəllimləri hər birini müvafiq günlərdə yad olunması ilə bağlı keçirilən tədbirlər də məhz Cavanşir müəllimin yüksək vətəndaşlıq amalından irəli gəlir.

Beynəlxalq kitab sərgisində iştirak etmək, xarici ölkə kitabxanalarında təmsil olunmaq, neçə elmi sessiya, müzakirə, beynəlxalq konfrans keçirmək təşəbbüsləri Fondun gördüyü işin görünən, mətbuata təqdim olunan tərəfləridir. Bir də Kaşğari Fondunun əməkdaşları respublikamızda fəaliyyət göstərən xüsusi ümumtəhsil müəssisələrində görmə məhdudiyyətli gənclər və yeniyetmələr üçün oxu dərsləri təşkil edirlər ki, bunlar əvəzi  olmayan könül işləridir.

Görürəm ki, bu günkü elmi sessiyaya Türkiyədən gələn qonağımız, xanım rektor, professor Nəzifə Güngör başda olmaqla, bütün tədbir iştirakçıları danışdıqlarıma, fikirlərimə şərikdir. Kaşğari Fondunun rəhbəri Cavanşir müəllimə möhkəm can sağlığı arzulayıb, bildiririk ki, fəaliyyətiniz alqışa layiqdir. Cavanşir müəllimin rəhbərliyi altında peşəkar  komanda kimi çalışan heyətə uğurlar arzular, nailiyyətlər arzulayıram. Eşq olsun deyirəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 May 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri